Doqquzuncu sülalə (Misir) Haqqinda Melumat - Vikipedia

Doqquzuncu sülalə (Misir) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Doqquzuncu sülalə (Misir)

IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə.

Qədim Misir tarixi
Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat redaktə

Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir.

Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir.

Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər[1]..

 
I Xetinin əl işlərinin tapıldığı idarəçi Nefrinin tabutu

Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı. Ondan sonra fironlar uzun müddət mərkəzi hakimiyyət uğrunda mübarizə apardılar. Ancaq cənub nomlarının və Tebes nomu hökmdara tabe olmurdular.

III Xetinin dövründə sülalə ən güclü dövrünü keçirir. O həm də yeni sülalənin başlağıcını qoyur.

Fironlar redaktə

Manefonun yazılarına əsasən Herakleopol sülaləsindən 19 firon hakimiyyətdə olmuşdur. Turin siyahısında 18 hökmdarın adı verilib. Ancaq onlardan çoxunun adı günümüzə gəlib çatmamışdır[2].

Ad Qeyd
I Xeti Manefona görə I Axto adı Herakleopol nomarxı. Sülalədən ilk firon. Ov zamanı timsah tərəfindən öldürülmüşdür.
II Xeti Turin siyasında ona aid məlumatlar günümüzə çaymamışdır.
VII Neferkara Anxtifinin məzarlığında qeyd olunan Kaneferre ola bilər.
Senen… Turin siyahısında adını tam oxumaq mümkün deyil
III Xeti VII Neferkaranın oğlu. X sülalənin banisi.

İstinadlar redaktə

  1. Hornung E., Krauss R., Warburton D. A. Ancient Egyptian Chronology.
  2. Sir Alan Gardiner, Egypt of the Pharaohs, Oxford University Press, 1961, pp. 112–13.

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023