Dərili tısbağa Haqqinda Melumat - Vikipedia

Dərili tısbağa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dərili tısbağa

Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır.

Dərili tısbağa
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dərili tısbağa
Beynəlxalq elmi adı

Təsviri redaktə

Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.

Dərili tısbağası dəniz anaları daraqlılar, xərçəngkimilər, başıayaqlılar, dəniz xiyarları və balaca balıqlarla qidalanır. Bütün tropik dənizlərdə yayılmışdır. Bəzən mülayim və hətta şimal enliklərinin sularında üzür. Ət yeməlidir. Laki zəhərlənmə halları qeydə alınmışdır (ehtimal ki, tısbağa üçün təhlükəli olmayan toksinlər baş verib).

Dərili tısbağalar 1–3 ildən bir yumurta verir. Yetişdirmə mövsümü ərzində hər birində 100 yumurtadan inarət olan 4-dən 7-ə qədər yumurtlama halı baş verir. Yumurtlamalar arasındakı fasilə təxminən 10 gündür. Yalnız gecə saatlarında sahilə çıxırlar. Dərinliyi 100–120 sm-ə çatan quyular qazırlar. Bədənin arxa hissəsini bu quyuya endirdikdən sonra dişi iki qrup yumurta qoyur — adi və kiçik (mayalanmamış). Yuvanı örtdükdən sonra dişi qumu üzgəclərlə möhkəm bir şəkildə bərkidir. Mayanalmamış kiçik yumurta patlayaraq yuva yerini genişləndirir. Yumurtadan çıxan tısbağalar üzgəclərinin köməyi ilə fırlanaraq qum üzərində sürünürlər.

Təsnifat redaktə

Maraqlı fakt redaktə

Xayro Mora Sandoval (1987–2013) — eko-fəal, dərili tısbağaların yumurtalarını toplayan brakonyerlərin qurbanı olmuşdur.

İstinadlar redaktə

  1. Fritz U., Havaš P. Checklist of Chelonians of the World. 2007. C. 57. S. 149–368.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Rhodin, A. G. J.; van Dijk, P. P.; Inverson, J. B.; Shaffer, H. B. Turtles of the world, 2010 update: Annotated checklist of taxonomy, synonymy, distribution and conservation status (PDF). Chelonian Research Monographs. 5. 14 December 2010. səh. 000.xx. doi:10.3854/crm.5.000.checklist.v3.2010. ISBN 978-0965354097. 15 December 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib.

Xarici keçidlər redaktə


Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024