Ehtiram Heydərov Haqqinda Melumat - Vikipedia

Ehtiram Heydərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ehtiram Heydərov

Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Uzunoba, Xaçmaz, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Xaçmaz
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Həyatı redaktə

Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub.[2]

Hərbi xidmətləri redaktə

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Ehtiram Heydərov". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. "Xaçmazda şəhid kəşfiyyatçı Ehtiram Heydərovun xatirəsi anılıb". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. 5,0 5,1 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023