Ekinoks Haqqinda Melumat - Vikipedia

Ekinoks Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) — gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır — yaz gecə-gündüz bərabərliyipayız gecə-gündüz bərabərliyi.

  • 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur. Bu tarix Şimal qütb nöqtəsində altı aylıq gecənin, Cənub qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.
  • 21 martda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən şimal yarımkürəsinə dik düşməyə başlayır. Cənub yarımkürəsində isə gecələr gündüzlərdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarixdə cənub yarımkürəsində payızın, şimal yarımkürəsində isə yazın başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində də görülür. Dünyada gecə və gündüz müddətləri bir-birinə bərabər olur. Bu tarix Cənub qütb nöqtəsində altı aylıq gecənin, Şimal qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.
Gecə-gündüzün bərabərliyi

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023