Elçin Talıbov Haqqinda Melumat - Vikipedia

Elçin Talıbov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. IV İslam Həmrəyliyi Oyunlarının qalibi.

Elçin Talıbov
Şəxsi məlumatlar
Tam adı Elçin Kamal oğlu Talıbov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (34 yaş)
İdman növü Para-cüdo

Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbov da cüdo (paracüdo) idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.[1]

Karyerası redaktə

Elçin Talıbov 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, əvvəlcə Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000, ardınca Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, digər bir Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[2]

İstinadlar redaktə

  1. "Elçin Talıbov: İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq". Xalq Qəzeti (ingilis). İstifadə tarixi: 2023-10-21.
  2. "Paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Elçin Talıbov əldə edib". Azərtac.

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024