Elşad Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia

Elşad Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elşad Məmmədov (milli qəhrəman)

Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Elşad Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1975(1975-02-14)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993-1995
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəldi.

Ailəsi redaktə

Subay idi.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.

Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.

Daşkəsən yolu üstündə büstü qoyulub.

Ədəbiyyat redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024