El-Gölü Haqqinda Melumat - Vikipedia

El-Gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elgölü

(El-Gölü səhifəsindən istiqamətləndirilmişdir)

El-Gölü və ya digər adıyla Şah GölüTəbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır.[5]

El gölü və ya Şah gölü
Xəritə
38°01′31″ şm. e. 46°21′56″ ş. u.
Ölkə
Şəhər Təbriz
Yerləşir Təbriz şəhristanı[1][2]
Aidiyyatı Qaraqoyunlu, Səfəvi, Qacarlar
Tikilmə tarixi XIV əsr
Üslubu Səfəvi memarlığı[d][3]
Sahəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimalogiyası redaktə

Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir. Göl türkcə böyük hovuz mənasını verir və şah sözü də burada böyüklük, ehtişam kimi başa düşülməlidir.[6]

 
Gölün panaroma görüntüsü

Tarixi redaktə

Parkın salınma tarixi XVIII əsrə, Səfəvilər dövrünə təsadüf edir. Lakin bəzi tarixçilər onun daha əvvəl təxminən XIV əsrdə hələ Qaraqoyunlu dövründə inşa olunduğunu bildirirlər. Bir başqa fikrə görə park Səfəvilər dövründə Hindistanla olan dostluq əlaqələrinin nümunəsi olaraq inşa edilib.[6]

Əvvəllər gölün mərkəzində uçuq sökük birmərtəbəli imarət varidi. Bu imarətin Sultan Yaqub Ağqoyunlu dövründə tikilib, Səfəvilər sülaləsi dövründə genişləndirildiyi ehtimal olunur.

Qacarların hakimiyyəti illərində park Qacar şahzadəsi Qəhraman Mirzə tərəfindən yenidən bərpa edilmiş və bura yeni geniş saray əlavə edilmişdir. Günümüzdə restoran kimi fəaliyyət göstərən bu bina gölün mərkəzində yerləşir və quruya uzun bir torpaq yol ilə bağlıdır.[7]

Nadir Mirzə Qacar 1995-ci ildə bu barədə məqaləsində yazır: ''Qacar xanədanının ilk dövrlərində bu hovuz torpaq və qum ilə dolu idi və Təbrizin böyüklərindən birinə aid idi. Sonradan Abbas Mirzə Əlsəltənətin oğlu Qəhrəman Mirzə (o zamanlar Azərbaycan hakimi idi) buranı alaraq, bərpa etdirdi''. [8] Qəhrəman Mirzə hovuzun şərq sahilinin ortasından binaya qədər yol inşa etdirdi və onun bəzi yerlərində müəyyən fasilələrlə su güzərgahları, şəlalələr tikdirdi. Qəhraman Mirzə buranı bağ evi kimi istifadə etmək istəyirdi. Onun ev tikilməmiş vəfat etməsi övladları tərəfindən bədbəxtlik kimi qəbul edildi və bina tərk edildi. Yalnız yay aylarında hovuzdan su anbarı kimi şəhərdə və ətrafdakı bağların suvarılması üçün istifadə olunurdu.

Tarixçi Etimadüssəltənə yazır ki, hovuzun ortasından köşkə uzanan yol ilə qarşısındakı təpəlik boyunca gül bağçası salınmışdı. Hovuz o qədər böyük idi ki, onun su ilə doldurulması üçün 6 ay vaxt lazım oldu.

1930-cu ilə qədər köşk və bağlar tərk edilmiş vəziyyətdə olub. Həmin il köşk Təbriz valisi Bağır Kazım tərəfindən Təbriz bələdiyyəsinin himayəsi altına alınaraq bərpa edilmiş və ərazi ictimai parka çevrilmişdir.

Hovuzun mərkəzindəki bina isə 1967-ci ildə çürüyüb köhnəldiyi üçün sökülmüş, 1971-ci ildə Hüşəng Ceyhun tərəfindən bələdiyyədə olan köhnə xəritələr və şəkillər əsas alınaraq yenidən bərpa edilmişdir. Binanın ilk mərtəbəsi 1987-ci ilə qədər restoran kimi fəlaiyyət göstərib. Bina ətrafındakı yaşıllıq sahəsi isə günümüzdə də park kimi istifadə edilir.

Parkın əsas memarlıq ünsürləri redaktə

Hovuz

Gölün və ya hovuzun ölçüsü 200×317 metr, dərinliyi isə 4 metrdir. Bu dərinlik bəzi hissələrdə dəyişir. Amma hovuzun təmirindən sonra ətrafı yaşıllaşdırıldığı üçün ölçüsü azalıb. Onun sahəsi 54 675 m² , su tutumu isə 2000 m³-dir. Hovuzun su tələbatı Liqvan kəndindən keçən Mehran çayından gələn su kanalı (Şah kanalı adlanır) ilə təmin edilir. Kanalın uzunluğu 16 kilometrdir. Hovuzun ətrafındakı əkin sahələri və meyvə bağları da bu kanal vasitəsilə suvarılır. Hovuzun döşəməsi örtülüdür və dərinliyi şərq küncdə 3 metrdən başlayaraq su çıxış anbarında 9 metrə çatır. Hovuzu əhatə edən konusvari dayaq divarları var. Divarların bir qismi dağılsa da sonradan bərpa edilmişdir. Əvvəllər suyun hovuzdan axıdılıb və ya qalması üçün iri ağaclardan istifadə edilirdi. Belə ki, su hovuza daxil olarkən hündürlüyü 3 metr olan ağaclar vasitəsilə suyun çıxış yolu bağlanılırdı.[9]

Hovuzun ətrafını eni təxminən 6 metr olan piyada səkisi əhatələyib və hasar məqsədilə vaxtaşırı səkinin bir tərəfinə söyüd ağacları əkilib.

Köşk

Şah Gölü köşkü yarımada üzərində inşa edilib.[10] Köşk 3 tərəfdən su ilə əhatə olunub və hovuzun şərqindən uzun bir yolla quruya bağlıdır. Bu 8 guşəli binanın uzunluğu hər tərəfdən 12 metrdir və hər yerdən girişi var. 8 küncün hər biri kiçik otaqlara bölünür. İlk əvvəllər binanın qübbəsi də varidi lakin sonradan dağılmışdır. Uzun illər icarədə olan park və köşk yazlıq saray kimi istifadə edilirdi. Bina iki mərtəbədən ibarətdir. İkinci mərtəbəyə dairəvi pilləkənlər vasitəsilə daxil olunur. Köşkün ətrafındakı sahəyə baxça salınmış və güllərlə bəzədilmişdi. Yarımadanın dörd tərəfində daşdan inşa edilən sütunlar var. Bundan başqa yenə daşdan hazırlanan saxsılar da rast gəlinir.[7]

Bağ

El Gölü bağında əsasən kvadrat formasından istifadə olunub. Bağın böyük hovuzu kvadrat formada hazırlanıb və digər kiçik hovuzlar, meyvə sahələri və çiçək sahələri kimi fiziki strukturlar da ona uyğun olaraq çox kvadrat formada salınıb.[11]

Ümumiyyətlə, El Gölü bağının özünəməxsus həndəsi forması var. Bağ həm də özünəməxsus məkan müxtəlifliyinə malikdir. Məkan müxtəlifliyi bu bağda müstəqil ərazilərin mövcudluğundan xəbər versə də, bütün əraziyə hakim olan həndəsi fiqurların istifadəsi ilə yaradılmış simmetrik bağ konsepsiyası əkin planı, bitkilərin müxtəlif kompozisiyaları kimi dizayn yanaşması ilə daha da zənginləşir.[7]

El Gölü bağının ümumi xüsusiyyətləri kimi dizaynda düz xətlərdən istifadə edilməsi, bağın mərkəzində köşk və ya binanın yerləşdirilməsi, köşkün qarşısında böyük və ehtişamlı hovuzun olması, ərazini əhatə edən su və bitki örtüyünə görə təbiətlə sıx əlaqə, digər hissələrdə isə simmetriyanı gücləndirəcək şəkildə qurulmuş meyvə plantasiyası ilə boş və istifadəsiz ərazilərin olmamasını qeyd etmək olar.[12]

Qalereya redaktə

Mənbə redaktə

  • Hobhouse Penelope. Shah Golı. The Oxford Companion to the Garden. 2006.
  • Mokhlesi, M. A. Doğu Azerbaycan’ın Tarihi Eserleri Listesi. Tehran: Kültürel Miras Örgütü. 1992.
  • Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019.
  • Sima POUYA. TEBRİZ BAHÇELERİNİN İRAN BAHÇE SANATINDAKİ YERİNİN ARAŞTIRILMASI. Trabzon. KARADENİZ TEKNİK ÜNİVERSİTESİ FEN BİLİMLERİ ENSTİTÜSÜ PEYZAJ MİMARLIĞI ANABİLİM DALI. 2012.
  • Nadir Mirzə Qacar. Təbriz Darüssəltənənin coğrafiyası və tarixi. Təbriz. 1995.
  • H. Sultanzadə. İran Mimarisinde Tebriz Güçlü Tuğla. Tehran. Kültürel Araştırmalar Bürosu. 1998.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023