Elayza Teylor Haqqinda Melumat - Vikipedia

Elayza Teylor Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa.[1]

Elayza Teylor
Doğum adı Eliza Jane Taylor-Cotter
Doğum tarixi 24 oktyabr 1989(1989-10-24) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 2003-cü ildən
IMDb ID1343638
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya redaktə

Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi.[2]

Karyera redaktə

Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.[3]

2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi. O bu rolu müsahibə vermədən, sadəcə olaraq, prodüserlərə öz tərcümeyi-halını video şəklində göndərməklə aldı. Premyerası 19 mart 2014-cü ildə baş tutdu.[4]

2016-cı ildə Elayzanın Daniel Uebberlə birlikdə oynadığı "Thumper" filmində Ket Karter rolunu aldığı məlum oldu.

Şəxsi həyat redaktə

Elayza rəfiqəsi Claire Wyndham ilə birlikdə Taylandın Tau adasında qeyri-kommersiya məqsədi daşıyan Tau Beynəlxalq İbtidai Məktəbini qurdular.[5]

7 iyun 2019-cu ildə Taylor "100" filmində həmkarı Bob Morli ilə gizli şəkildə evləndiyini, 7 fevral 2022-ci ildə isə hamilə olduğunu elan etdi. 18 mart 2022-ci ildə uşağı dünyaya gəldi.[6][7]

İstinadlar redaktə

  1. Paul Gray. "Neighbours: The Perfect Blend | Interview: Eliza Taylor-Cotter". perfectblend.net. 2008-01-19. 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-19.
  2. "Facts" (ingilis). 2014-03-21. 2017-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-19.
  3. "Last Day On Set?". Neighbours.com. (Network Ten). 2007-09-28. 2007-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  4. "Best panto ever at the Pavilion". Dorset Echo. 2008-01-11. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  5. "Actress, Aussie and philanthropist Eliza Taylor talks 'Thumper'". espnW. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
  6. Meredith B. Kile‍. "'The 100' Stars Eliza Taylor and Bob Morley Announce They're Married!" (ingilis). Entertainment Tonight. 2019-06-07. 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-08.
  7. "Surprise! The 100's Eliza Taylor and Bob Morley Reveal They Got Married: 'We Are Beyond Happy'". 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024