Elektro (Marvel Comics) Haqqinda Melumat - Vikipedia

Elektro (Marvel Comics) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elektro (Marvel Comics)

Elektro (ing. Electro) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten LiStiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 9-cu sayında peyda olmuşdur. Əsl adı Maksvell Dillon olan Elektro güclərini elektrik stansiyasındakı keçirdiyi qəzadan sonra əldə etmişdir. Məşum altılıq komandasının üzvüdür. Hörümçək-adamın əzəli düşmənidir.

Elektro
ing. Electro
Nəşriyyat Marvel Comics
Yayım tarixi "The Amazing Spider-Man" #9 (fevral 1964)
Yaradıcı(lar) Sten Li, Stiv Ditko
Xüsusiyyətlər
Əsl adı Maksvell Dillon
Doğum yeri Endikott, Nyu-York
Cinsiyyəti kişi[d]
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Məşum altılıq, Bədxahlıq emissarları, Qorxunc dördlük, Eksterminatorlar, Məşum onikilik, Lənətli legion
Düşmənləri Hörümçək-adam
Gücləri elektrik manipulyasiyası, uçma, qeyri-insani güc və sürət

Elektro ilk dəfə 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filmində Ceymi Foks tərəfindən canlandırılmışdır.

Elektro bir çox Marvel Comics animasiyasında və video oyununda peyda olmuşdur. 2009-cu ildə IGN onu "Bütün dövrlərin ən böyük komiks cinayətkarları" siyahısında 87-ci yerdə göstərmişdir.

Nəşrolunma tarixi redaktə

 
Elektro "The Amazing Spider-Man" komiksinin 9-cu sayının üzlüyündə.

Personaj Sten Li və Stiv Ditko tərəfindən yaradılmışdır. İlk dəfə "The Amazing Spider-Man" komiksinin 9-cu sayında (fevral 1964) görünmüşdür. Elektro həmçinin Dəlisovla vuruşan ilk supercinayətkar olmuşdur.

Bioqrafiya redaktə

Əsl adı Makvel Dillondur. Elektrik mühəndisi və texnikdir. Elektrik xəttini təmir edərkən qəribə ildırım onu vurur və nəticədə onun bədənində mutagenik dəyişiklik baş verir: bədəni külli miqdarda elektrik yükü saxlamağa başlayır. Onun gücləri əvvəlcə zəif idi, lakin Star Industries şirkətindən bəzi alətlərdən oğurladıqdan sonra güclənir. Bu zaman Maqnito ona yaxınlaşır və ona Bədxah Mutantlar Qardaşlığına qatılmağa dəvət edir. Lakin o, bu təklifi rədd edir. Növbəti gün borclu qaldığı bir küçə avarası ilə rastlaşır. Dillon pulu vaxtında qaytarmadığı üçün avara onun üstünə silah çəkir, bu zaman o öz elektrik gücündən istifadə edərək onu öldürür. Beləliklə, Dillon ilk dəfə bir insan öldürmüş olur. Tezliklə özünə "Elektro" adını götürür və peşəkar cinyaətkara çevrilir. Onun ilk qurbanı Cey Cona Ceymson olur və onun şirkətinə hücum edir. Ceymson Elektorun əslində Hörümçək-adamın digər bir gizli şəxsiyyəti olduğunu iddia edir. Onu günahlandırır və onu əksini sübut etməyə dəvət edir. Hörümçək-adam nəhayət Elektronu tapır, lakin onun elektrik gücü onu ölümcül vəziyyətə salır. Hörümçək-adam axırda su şlanqından istifadə edərək Elektronu dayandıra bilir.

Daha sonra Elektro Bakster binasına hücum edərkən ilk dəfə olaraq Dəlisovla qarşılaşır və yenə məğlub edilir. Elektro daha sonra Hörümçək-adama məğlub olmuş supercinayətkarlardan qurulmuş Məşum altılıq komandasına qatılır və Hörümçək-adamla Stark fabrikində döyüşür. Lakin Hörümçək-adam onu yenə məğlub edə bilir və Ovçu Kreyven ilə döyüşməyə gedir. Elektro Doktor Dumun zehin kontrol cihazının təsiri ilə Suzan Storm və Rid Riçardsın toyuna hücum təşkil edir, lakin Mister Fantastikin sayəsində insident haqqında heç bir xatirəsi qalmır. O, daha sonra Dəlisovdan əvvəlki məğlubiyyətlərinə görə qisas almaq üçün Bədxahlıq emissarları komandasını təşkil edir. Bu komanda Qladiator, Dirək-adam, Hop-Qurbağa və Matadordan ibarətdir.

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024