Elektron Hesablayıcı Maşınlar zavodu Haqqinda Melumat - Vikipedia

Elektron Hesablayıcı Maşınlar zavodu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elektron Hesablayıcı Maşınlar zavodu

Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə.

Tarixi redaktə

Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır.

19932005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.

2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir[1].

Fəaliyət sahələri redaktə

Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı.

Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Elektron aparatların və qurğuların istehsalı
  • Elektromexaniki və mexaniki qurğuların istehsalı
  • Elektrik avadanlıqlarının istehsalı
  • Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı
  • Lokomotivlərin avtomatik bloklarının istehsalı
  • Sənaye və məişət cihazlarının istehsalı
  • Ağac emalı
  • Texnoloji tərtibatların və alətlərin hazırlanması

Texnoloji imkanları redaktə

Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir:

  • Mexaniki yığma sahəsi:
  1. müxtəlif materiallardan olan detalların mexaniki emalı
  2. dairəvi şlifləmə
  3. qaz mühitində yarımavtomat qaynaqlama
  • Karkas ştamplama və qaynaqlama:
  1. pressləmə
  2. soyuq ştamplama
  3. arqon-qövs qaynağı
  4. qövs qaynağı
  5. qaz qaynağı
  • Metalların, alətlərin və tərtibatların termiki emalı
  • Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı
  • Ağac emalı
  • Qalvanik emal:
  1. misləmə
  2. kimyəvi oksidləmə
  3. sinkləmə
  4. xromlama
  5. anodlama
  6. passivləşdirmə
  • Lak-boya ilə örtükləmə.
  • Alət istehsalı:
  1. ştampların və pres qəliblərinin istehsalı
  2. alət və tərtibatların hazırlanması
  • Qeyri-standart avadanlıqların hazırlanması
  • Metroloji nəzarət:
  1. zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi
  2. elektrik və radioelektrik ölçmələri
  3. kütlə, qüvvə və təzyiq ölçmələri
  4. sürət, təcil və zaman ölçmələri
  5. iqlim və metroloji sınaqlar.

Mənbə redaktə

  1. "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024