Elephas maximus Haqqinda Melumat - Vikipedia

Elephas maximus Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adi Asiya fili

heyvan növü
(Elephas maximus səhifəsindən istiqamətləndirilmişdir)

Adi Asiya fili (lat. Elephas maximus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.

Adi Asiya fili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Görünüşü redaktə

Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır. Barmaqları ümumi dəri ilə örtülmüşlər, ancaq üzdən sezilirlər. Qabaq əzalarında beş , dal əzalarında isə dörd dırnaqcıq var. Rəngi tünd-bozdan qonura qədər dəyişir. Dərisinin üstündə nahamvar, müxtəlif qalınlıqda epidermal şişlər var. Piy və tər vəzisi yoxdur. Yetkin fillərin tükü seyrək, qılvaridir. Qıcgah ətrafında spesifik dəri vəzisi var. Sinəsində bir cüt məməsi var. Yuxarı, üçüncü kəsici dişlərinin çəkisi 20-25 kq. uzunluğu isə 1,5 metrdir, və ancaq erkəklərdə olur.

Areal redaktə

Hindistanda, Şri-Lankada, Birmada, Nepalda, Butanda, Banqladeşdə, Kambocada, Laosda, Vyetnamda, Malayziyada, Kalimantan adasında, Sumatrada, Çinin Yunnan əyalətində yaşayırlar. Sıx cəngəlliklərdən, hündür ot örtüklü savannalara qədər müxtəlif landşaftlarda yayılıblar. Adətən yaşlı dişinin başçılığı ilə 15-30 baş sürülərdə dolanırlar.

Qidalanması redaktə

Bitkilərlə qidalanırlar.

Çoxalması redaktə

Çoxalmasında mövsümlülük yoxdur. Boğaz olma müddəti 20-22 aydır. Dişi hərəsinin çəkisi 90 kq. və çiyinlərdində hündürlüyü 1 metr olan iki bala gətirir. Cinsi yetkinliyi 9-12 yaşdan başlayır. Həyatı ərzində dişi dörd dəfə balalayır.

Sayları redaktə

1986-cı ildə ümumi sayları 28-42 min idi: Hindistanda, Butanda və Banqladeşdə -10-15 min baş (1978); Andaman adalarında -30(1977); Kalimantanda - 2 min (1978); Birmada -5 min (1977); Yunnanda - 1 min; Kambocada, Laosda və Vyetnamda -3500-5000 (1978); Malaysiyə 3 min-6 min(1978); Nepalda -50; Şri-Lankada - 2 min-4 min; Sumatrada -300; Tailandda 2500-4500(1978)

Saylarının azalması öldürülməsi və mühitinin məhv olunması ilə bağlıdır.

Yaxşı əhliləşirlər. Qədimdən onları ev heyvanları kimi daşınmada, ağır işlərdə istifadə edirlər.

Daxil olduqları arealın əksər hissəsində qanunla qorunurlar.

Yarımnövləri redaktə

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024