Elizabet Bouz-Layon Haqqinda Melumat - Vikipedia

Elizabet Bouz-Layon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elizabet Bouz-Layon

Elizabet Bouz-Layon (ing. Lady Elisabeth Bowes-Lyon, 4 avqust 1900, London – 30 mart 2002, London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, VI Georqun həyat yoldaşı və kraliça 1936–1952. Kraliça Elizabet (ing. Queen Elizabeth) kimi Hindistannın axırıncı imperatriçası (1936–1948), beş Qvineyanın lord-protektoru (1978–2002).

Elizabet Bouz-Layon
ing. Elizabeth Bowes-Lyon
Şəxsi məlumatlar
Doğum adı The Honourable Elizabeth Angela Marguerite Bowes-Lyon
Doğum tarixi 4 avqust 1900(1900-08-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 mart 2002(2002-03-30)[1][2][…] (101 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Sülalə Vindzorlar sülaləsi
Həyat yoldaşı
Uşaqları

Təltifləri Kral Qırmızı Xaç Order of the Thistle "Britaniya imperiyası" ordeni daması Dame Grand Cross of the Royal Victorian Order Order of the Crown of India Yeni Zelandiya ordeni Müqəddəs Sava ordeni Order of the Crown Order of Saints Olga and Sophia Dame Grand Cross of the Order of the Lion of the Netherlands "Fəxri legion" ordeninin Böyük xaçı Royal Family Order of George VI Royal Family Order of Elizabeth II "Kanada" ordeninin üzvü Order of the Precious Crown, 1st Class War Cross Peru günəşi ordeni böyük xaçı Order of Independence Royal Victorian Chain Lady of the Garter Order of Ojaswi Rajanya
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
royal.uk/queen-elizabeth…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

Kraliça II Elizabetin anası. Həyat yoldaşının vəfatından sonra adaşı qızı ilə dəyişiklik olmasın deyə Böyük Britaniyada ona Ana Kraliça deyirdilər (ing. Queen Mother).

O, 100 ildən çox yaşamış ingilis kral ailəsinin iki üzvündən biridir. Digəri 1901–2004-cü illərdə yaşamış hersoginya Alisa Qloster (qızlıq soyadı Monteqyu) olmuşdur. O, həmçinin üç əsrdə (XIX, XXXXI əsrlər) yaşamış az sayda məşhur insanlardan biridir.

İkinci dünya müharibəsində kral və kraliça alman faşizminə müqavimətin simvollarına çevrilirlər. Kraliça ölkəni övladları ilə tərk etməyin əleyhinə çıxır və bu məsələ bir əfsanəyə çevrilir. Londonun bombardımanı zamanı onlardan biri kral Bukingem sarayına düşür, ancaq zərər yetirmir.

VI Corcun 1952-ci ildə vəfatından sonrakı həyatı redaktə

Həyat yoldaşı VI Corcun 1952-ci ildə vəfatından sonra ana kraliça Şotlandiyaya, qəsrlərin birinə köçür. Cıdır yarışlarına maraq göstərir, bir neçə yürüş atı alır. Sonradan yenidən paytaxta qayıdaraq, ictimai fəaliyyətini davam etdirir.

 
Kral VI Corc, ABŞ-nin ictimai-siyasi xadimi Eleanor Ruzvelt və kraliça Elizabet, London, 23 oktyabr 1942-ci il

Son illərdə Britaniya kral ailəsində bir sıra uğursuzluqlar baş verir. Nəvələrinin ailəsində bir-birinin ardınca boşanma gedir. Şahzadə Diana avtomobil qəzasınada həlak olur.

Məhz bu dövrlərdə məhz ana kraliça ailənin mənəvi dayaq yerinə çevrilir, onun mövcudluğu ailənin bürövlüyünü qoruyub saxlayır. Onun ən sevimli nəvəsi vəliəhd Çarlz bir dəfə onun haqqında deyir: "O, həyatsevərliyin, yumorun, insansevərliyin, daxili sakitliyin, ən əsası incə zövqün maraqlı nümunəsidir…"

Onun ad günləri, xüsusilə də 2000-ci ildə 100 illik yubileyi milli bayram kimi qeyd edilirdi. O, həmişə diqqət mərkəzində olurdu, xeyriyyə tədbirlərində iştirak edirdi, vacib idman yarışlarına gedirdi.

Ana kraliça həmişə cəmiyyətdə populyar olubdur. Kral ailəsinin tənqidinə və monarxiyanın lüzumluluğuna dair diskussiyalara baxmayaraq ona daima böyük hörmət olubdur.

Ədəbiyyat redaktə

  • Bradford, Sarah, The Reluctant King: The Life and Reign of George VI, New York: St Martin's, 1989
  • Forbes, Grania, My Darling Buffy: The Early Life of The Queen Mother, Headline Book Publishing, 1999, ISBN 9780747273875
  • Hogg, James, The Queen Mother Remembered, BBC Books, 2002, ISBN 0563362146
  • Howarth, Patrick, George VI, Century Hutchinson, 1987, ISBN 0091710006
  • Goldman, Lawrence (May 2006) "Elizabeth (1900–2002)", Oxford Dictionary of National Biography, Oxford University Press, doi:10.1093/ref:odnb/76927, retrieved 1 may 2009 (Subscription required)
  • Longford, Elizabeth, The Queen Mother, Weidenfeld & Nicolson, 1981
  • Roberts, Andrew, The House of Windsor, London: Cassell and Co., 2000, ISBN 0304354066
  • Shawcross, William, Queen Elizabeth The Queen Mother: The Official Biography, Macmillan, 2009, ISBN 9781405048590
  • Vickers, Hugo, Elizabeth: The Queen Mother, Arrow Books/Random House, 2006, ISBN 9780099476627

Mənbələr redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 Elizabeth // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Lady Elizabeth Angela Marguerite Bowes-Lyon // The Peerage (ing.).
  3. 1 2 3 4 Kindred Britain.
  4. Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024