Elməddin Bədəlov
Elməddin Dəyanət oğlu Bədəlov (3 mart 2000; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi.
Elməddin Bədəlov | |
---|---|
Elməddin Dəyanət oğlu Bədəlov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Füzuli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | , , |
Həyatı redaktə
Elməddin Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayıb. İdmana da marağı olan Elməddin güləşdəki uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə yola düşərək, Gədəbəydə ön cəbhədə qulluq edib.[1]
Hərbi xidmətləri redaktə
27 aprel 2020-cu ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı-snayper kimi xidmətə başlayır.[2]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Bədəlov Füzulinin azad edilməsində savaşıb. Kəşfiyyatçı kimi düşmənin arxasına keçərək, təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub.[3] Kərimbəyli kəndində dəfn olunub.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[7]
Təltifləri redaktə
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[8]
- (25.12.2020) — "Fizulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[9]
- (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) [7]
İstinadlar redaktə
- ↑ "Şəhid Elməddin Bədəlov". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!". 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ "Şəhid Elməddin Bədəlovun son sözləri: Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim..." 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ "Şərəfin, qürurun, igidliyin zirvəsi". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.