Elman Əliverdiyev Haqqinda Melumat - Vikipedia

Elman Əliverdiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elman Əliverdiyev

Əliverdiyev Elman İbnyəmin oğlu — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988).[1]

Elman Əliverdiyev
Elman İbnyəmin oğlu Əliverdiyev
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADNKİ-nin Neft-mexanika fakültəsi
Fəaliyyəti mühəndis
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1988

Həyatı redaktə

Elman Əliverdiyev Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsini bitirmişdir (1965). "Bakelektroştamp" zavodunda baş mühəndis müavini (1976–1982), "Azərelektromaş" istehsalat birliyinin baş mühəndisi (1982–1986) işləmişdir. 1986-cı ildən "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktorudur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə elektronika sənayesində yüksək davamlı ştampların və press qəliblərinin hazırlanması, AİR 132, AİR 200, 4AM 280, 4AM 355 tipli elektrik mühərriklərinin, emallı mis məftillərin istehsalı sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Üç ixtiranın, səmərələşdirici təklifin müəllifidir. Beş sənaye nümunəsinə, o cümlədən vibrasiya ilə işləyən nasosların konstruksiyasına görə müəlliflik şəhadətnaməsi almışdır.[2]

İstinadlar redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024