Elman Muxtarov Haqqinda Melumat - Vikipedia

Elman Muxtarov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elman Muxtarov

Azərbaycan güləşçisi

Elman Muxtarov (12 dekabr 1994, Goranboy) — Azərbaycanı təmsil edən güləşçi.[1]

Elman Muxtarov
Şəxsi məlumatlar
Tam adı Elman Coşqun oğlu Muxtarov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (29 yaş)
Doğum yeri Goranboy, Azərbaycan
Boyu 165 sm.
İdman növü Güləş
Karyera illəri 2003—2021
Məşqçisi Hicran Şərifov
Komandası Neftçi İdman Klubu

Karyerası redaktə

Elman Muxtarov 2009-cu ildə Serbiyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu.[1] Bir il sonra, 2010-cu ildə Elman Muxtarov Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0).[2] Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu.[2] Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1).[2] Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu.[2] Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).[2] Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[1][2]

2011-ci ildə Elman Muxtarov Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Macarıstanda yeniyetmələr arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu.[1] 2013-cü ildə isə Elman Muxtarov KYRM-da gənclər arasında Avropa Çempionatını gümüş, Bolqarıstanda isə gənclər arasında Dünya Çempionatını bürünc medallarla başa vurdu.[1] Elman Muxtarov 2014-cü ildə Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1]

2015-ci ilin aprelində İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qızıl medalına sahib olan Elman Muxtarov iyunda Birinci Avropa Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[1] Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elman Coşqun oğlu Muxtarova "Tərəqqi" medalı ilə təltif edildi.[3]

Avropa Oyunlarında sonra Elman Muxtarov beynəlxalq turnirlərdə uğursuz nəticələrə imza atdı.[1] 2018-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini bürünc medalla başa vuran Elman Muxtarov 2019-cu ildə Kiyev şəhərində Kiyev Turnirinin də bürünc medalına sahib oldu.[1] Elman Muxtarov həmin il həm də Tbilisi şəhərində G. Kartozia & V. Balavadze Turnirinin qalibi oldu.[1] 2019-cu il Dünya Çempionatında uğursuz çıxış edən Elman Muxtarov daha idmanla vidalaşdı.[1]

Həbs edilməsi redaktə

Elman Muxtarov 2023-cü ilin yanvarında Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 181-ci (quldurluq) maddələri üzrə həbs edilib.[4] Elman Muxtarov 2022-ci ildə münasibətdə olduğu qadının evinə basqın edib və həmin vaxt qadının əri olan şəxsə bıçaqla xəsarət yetirib, həmçinin evdən də 2800 manat pulu götürüb. Nəticədə Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2009
Yeniyetmələrin Avropa Çempionatı Serbiya  Serbiya
1.
2
2010
Yeniyetmələrin Olimpiya Oyunları Sinqapur  Sinqapur
1.
3
2011
Yeniyetmələrin Avropa Çempionatı Polşa  Polşa
1.
4
Yeniyetmələrin Dünya Çempionatı Macarıstan  Macarıstan
1.
5
2013
Gənclərin Avropa Çempionatı Şimali Makedoniya  KYRM
2.
6
Gənclərin Dünya Çempionatı Bolqarıstan  Bolqarıstan
3.
7
2014
Yadigar İmam Turniri İran  İran
3.
8
Gənclərin Avropa Çempionatı Polşa  Polşa
8.
9
Gənclərin Dünya Çempionatı Xorvatiya  Xorvatiya
1.
8
2015
V. Əmrə Turniri Türkiyə  Türkiyə
1.
9
Avropa Oyunları Azərbaycan  Azərbaycan
3.
10
2016
Taxti Turniri İran  İran
8.
11
U23 Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
8.
12
2017
U23 Dünya Çempionatı Polşa  Polşa
20.
13
2018
D. Kolov - N. Petrov Turniri Bolqarıstan  Bolqarıstan
3.
14
Avropa Çempionatı Rusiya  Rusiya
14.
15
2019
Kiyev Turniri Ukrayna  Ukrayna
3.
16
G. Kartozia & V. Balavadze Turniri Gürcüstan  Gürcüstan
1.
17
Dünya Çempionatı Qazaxıstan  Qazaxıstan
12.
18
2021
Fransa Qran-Prisi Fransa  Fransa
5.

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 International Wrestling Database. "ELMAN MUKHTAROV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Азербайджан начал Олимпиаду с двумя золотыми наградами (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 30.06.2015. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.06.2015.
  4. Qafqazinfo.az xəbər portalı. "Azərbaycanda tanınmış güləşçi həbs edildi". www.qafqazinfo.az (az.)). 24.01.2022. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2022.

Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024