Elman Qasımov Haqqinda Melumat - Vikipedia

Elman Qasımov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elman Qasımov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Elman Qasımov (tam adı: Elman Yunis oğlu Qasımov; 8 noyabr 1999, Hacıqabul rayonu9 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elman Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1999(1999-11-08)
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 2020(2020-10-09) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Talış döyüşləri Madagizin azad edilməsi

Həyatı redaktə

Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuştur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-ci ildə isə, həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında, Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan, idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə, kolleci bitirmişdir.

Hərbi xidməti redaktə

Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xitmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Elman İkinci Qarabağ müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir. Elman Qasımov Tərtər rayonunun Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmiş və böyük sücaət göstərmişdir. 9 oktyabr 2020-ci il tarixində isə, Tərtər rayonunun Suqovuşan kəndində düşmən ordusu tərəfindən mühasirəyə düşürək şəhidlik zirvəsinə ucalmışdır. 28 noyabr 2020-ci ildə isə, nəşi ailəsinə təhvil verilmişdir və böyüyüb başa çatdığı Hacıqabul rayonunun Udulu kəndində böyük izdihamla dəfn edilmişdir.

İstinadlar redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024