Elnur İsgəndərov Haqqinda Melumat - Vikipedia

Elnur İsgəndərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elnur İsgəndərov

Elnur İsgəndər oğlu İsgəndərov (1 iyun 1989; Şəki, Azərbaycan2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Elnur İsgəndərov
Elnur İsgəndər oğlu İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi Baş leytenant
Təltifləri "Vətən uğrunda" medalı — 2016 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı redaktə

Elnur İsgəndərov 1989-cu ilin 1 iyun günündə Şəki şəhərində anadan olub. 2006-cı ildə Elnur İsgəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirdi. Daha sonra Elnur İsgəndərov Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başladı.

Elnur İsgəndərov ailəli idi, Elman (d. 2015) adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti redaktə

Baş leytenant Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Elnur İsgəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023