Elnur Nurullayev Haqqinda Melumat - Vikipedia

Elnur Nurullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elnur Fərhad oğlu Nurullayev (08 oktyabr 2000; Şəki, Kiş kəndi , Azərbaycan25 dekabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elnur Nurullayev
Doğum tarixi
Doğum yeri Şəki rayonu, Kiş kəndi
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Qarabağ
Dəfn yeri Kiş kəndi
Vətəndaşlığı azərbaycanlı
Təhsili tam orta təhsilli
Mükafatları "Vətən uğrunda" medalı "Qubadlının azad olunmasına görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Laçının azad olunmasına görə" medalı

Həyatı redaktə

Nurullayev Elnur Fərhad oğlu 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 25 dekabr 2020-ci ildə doğulduğu Kiş kəndində torpağa tapşırılıb.

Təhsili redaktə

2006-cı ildə Şəki rayon Kiş kənd A.M.Məmmədov adına 2 N-li tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 2017- ci ildə məktəbi bitirmişdir.

Hərbi xidməti redaktə

Elnur 08 oktyabr 2018-ci ildə Şəki rayon hərbi komissarlığından hərbi xidmətə yola düşmüşdür. Gədəbəy rayonunda ön xəttə hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. Bir sözlə nümunəvi xidmət yolu keşmişdir. 2020-ci il apelin 20-də hərbi xidmətini başa vurmuşdur.

Döyüş yolu redaktə

Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq əks hücum əməliyyatı - İkinci Qarabağ müharibəsi başladı. “Dəmir yumruq” adlandırılan bu əməliyyat minlərlə Azərbaycan oğlunu Ali Baş Komandanın ətrafında birləşdirdi. Bu igidlərdən biri də Elnur Nurullayev oldu. O, Vətənin dar günündə illərlə qəlbində düşmənə bəslədiyi intiqam hissi ilə ana torpağın müdafiəsinə qalxdı. Müharibə başlayan ilk gündən- 29 sentyabr 2020-ci ildə Şəki rayon hərbi komissarlığından müharibəyə yollandı. Füzuli, Zəngilan, Qubadlı , Laşın istiqamətində gedən ağır döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Təltifləri redaktə

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə məktəbimizin məzunu olmuş şəhid Nurullayev Elnur Fərhad oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

İstinadlar redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024