Eltz Qalası Haqqinda Melumat - Vikipedia

Eltz Qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Eltz Qalası (alm. Burg Eltz) — Almaniyanın KoblenzTrir şəhərləri arasında Mozel dağının üstündə orta əsrlərə aid qala. Eltz qalası Eyfel bölgəsində heç vaxt dağıdılmayan yeganə qaladır.[1]

Eltz Qalası
Xəritə
Ölkə
50°12′18″ şm. e. 7°20′12″ ş. u.
burg-eltz.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala 70 m. hündürlükdə, qayalıqda dayanır və 3 tərəfdən Mozel çayının şimal tərəfindəki qolu olan Elzbax çayı ilə həmsərhəddir. Ətrafdakı Eltz meşəsi qoruq elan edilib.[2]

Tarixi redaktə

 
Eltz Qalasının havadan görünüşü
 
Eltz qalası və ətraf vadi, girişə aparan yoldan görünür.
 
Eltz qalası. 1860

Eltz Qalası Roma dövründə mühüm ticarət yolu olan bir bölgədə qurulmuşdur. 1157-ci ilə qədər qala Frederik Barbarossanın hakimiyyəti altında Müqəddəs Roma İmperiyasının mühüm hissəsi idi.

1331-1336-cı illər arasında Eltz döyüşü zamanı bölgədəki lordlar, o cümlədən İohann Eltz, Azad İmperiya cəngavərləri ilə birlikdə şahzadə Balduin fon Trierin ərazi siyasətinə qarşı çıxdıqda, qala öz tarixində ilk dəfə ciddi hərbi münaqişələrə dözdü.

1815-ci ildə baron Eltz-Rübenah torpaq mülkiyyətini satın alaraq qalanın yeganə sahibi oldu.

XIX-cu əsrin ortalarında qraf Karl zu Eltz qalanı bərpa etdi.

2009-2012-ci illərdə Eltz Qalasında genişmiqyaslı restavrasiya işləri görülmüşdür. Təmir təxminən 4,4 milyon avroya başa gəlib. Bu tədbirlər Almaniya federal hökuməti tərəfindən dəstəklənmişdir.

Muzeyi redaktə

İctimaiyyət üçün apreldən noyabra qədər açıqdır. Eksponatlar arasında qızıl, gümüşçini əşyalar olan xəzinə və tarixi silahlar və zireh geyimləri var.[2]

Mədəniyyətdə redaktə

 
500 Deutsche Mark əskinasının arxa tərəfindəki Eltz qalası (1965-1990-cı illər)

1965-ci ildən 1992-ci ilə qədər Almaniyanın 500 Deutsche Mark banknotunda Eltz qalasının qravüründən istifadə edilmişdir.[3]

Qala modeli Vestfield və Erlenberg xəritələrində istifadə olunur.

Eltz Qalası Müqəddəs Roma İmperiyasının sivilizasiyasının müdafiə abidəsidir və Alman mədəniyyətinin simvollarına aiddir.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  2. 1 2 "Startseite - Burg Eltz". www.burg-eltz.de. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  3. Deutsche Mark – 3. Production run Retrieved 27 April 2012.

Xarici keçidlər redaktə


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024