Emil Əliyev (əsgər) Haqqinda Melumat - Vikipedia

Emil Əliyev (əsgər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Emil Əliyev (əsgər)

Emil Əziz oğlu Əliyev (1 avqust 1993, Sumqayıt6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Emil Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1993(1993-08-01)
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 2020(2020-10-06) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016 – 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı

Həyatı redaktə

Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olmuşdur. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil almışdır. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanmışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş və böyük şücaət göstərmişdir. Hərbi xidməti bitirdikdən sonra 2016–2017-ci illərdə Sumqayıt şəhərində yerləşən Ən Ucuz Marketlər şəbəkəsinin 17-ci mikrorayonda yerləşən Ən Ucuz Ticarət mərkəzində mühafizəçi vəzifəsində işə başlamışdır. Öz istiqanlığı və hörməti ilə tez bir zamanda işlərində uğurlar qazanaraq daha yüksək vəzifələrə qalxmışdır. Ən son Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən Ən Ucuz Göyçay marketdə müdir müavini vəzifəsində çalışmışdır.

Hərbi xidməti redaktə

Emil Əliyev 2020-ci il, sentyabrın 21-i Səfərbərlik tərəfindən könüllü hərbi xidmətə çağrılıb. 27 sentyabr 2020-ci il tarixində isə, İkinci Qarabağ Müharibəsinin iştrakçısı olmuşdur. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev, ən son 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş və şəhidlik zirvəsinə uçalmışdır.

Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024