Emil Abbasov Haqqinda Melumat - Vikipedia

Emil Abbasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü.

Emil Abbasov
Abbasov Emil İnqilab oğlu
Doğum tarixi (52 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət İqtisad İnstitutu

Həyatı redaktə

11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.[1]

Filmoqrafiya redaktə

  1. Bir dəfə Qafqazda (film, 2007)
  2. Ağanatiq (film, 2017)

İstinadlar redaktə

  1. "Emil Abbasov". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-29.

Həmçinin bax redaktə


Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024