Emmanuel Svedenborq Haqqinda Melumat - Vikipedia

Emmanuel Svedenborq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Emmanuel Svedenborq

Emmanuel Svedenborq (isv. Emanuel Swedenborg; 29 yanvar 1688[1][2][…]29 mart 1772[1][2][…], London[2]) — İsveç alimi, xristian mistiki, teosof[3], ixtiraçı.

Emmanuel Svedenborq
Doğum tarixi 29 yanvar 1688(1688-01-29)[1][2][…]
Vəfat tarixi 29 mart 1772(1772-03-29)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult[2]
Dəfn yeri
Elm sahəsi Teosofiya
İş yeri
Təhsili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Emmanuel Svedenborq 1688-ci ildə Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.

Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir:

"  İnsan ölmür o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir. " 

Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir:

"  Mən tamamiylə hissiyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim. " 

İnsan ölür, amma o, bunu hələ başa düşmür,çünki o, hələ “bədənə” sahib olduğunu görür. Ancaq indiki bədənin imkanları fiziki bədənin imkanlarından fərqlənir.

"  İnsanın ölümdən sonrakı ilk vəziyyəti onun fiziki həyatındakı halına uyğun gəlir, çünki o hələ xarici mühitin təsiri altında olur. Onun adət etdiyi bu mühitin ölümdən sonra da davam etdiyini dərk etməsi anından onda axirət dünyası və cəhənnəm haqqında daha çox bilmək, öyrənmək istəyi yaranır. " 

Eyni zamanda, ruhi vəziyyət fiziki vəziyyətlə müqayisədə daha az məhduddur. Qavrama, təfəkkür, yaddaşa daha kamildir. Vaxt və məkan artıq fiziki həyatdakı kimi məhdudlaşdırıcı səbəb deyildir.

"  Bütün ruhi qabiliyyətlər daha da təkmilləşir, bunlar hissiyata, dərk etməyə və yadda saxlamağa da aiddir. " 

Ölən adam fiziki həyatı boyu tanıdığı adamların ruhları ilə qarşılaşır. Onlar axirət dünyasına keçməkdə ona kömək etmək üçün gəlmişlər.

"  Yaxın vaxtlarda öz dünyasını dəyişmiş adamların ruhları buradadır… Ölənin dostları onu tanıyırlar. O həmçinin fiziki həyatda tanıdığı adamların ruhları ilə də rastlaşır… Ölən adam əbədi həyatda onun yeni vəziyyətinə aid olan məsləhətləri də məhz öz dostlarından alır... " 

Onun keçmiş həyatını olduğu kimi gözləri önündə canlandıra bilərlər. Bu zaman o, keçmiş həyatının hər bir təfərrüatını xatırlayır. Bu anda heç nə gizlədilmir, inkar edilmir:

"  İnsanın daxili yaddaşına hər şey, hətta ən kiçik təfsilat belə həkk olunur… Hər şey-nə varsa danışdığı əhvalat, fikirləşdiyi və tutduğu əməl… –hamısı ilk uşaqlıq çağından ta pirani qoca olanadək həkk olunur. İnsanın həyatda rastlaşdıqlarının hamısı yaddaşında qalır və bütün bunlar onun gözü önündən ardıcıllıqla keçib gedir… Hər şey-onun danışdığı və tutduğu işlər sanki gündüz işığında mələklərin qarşısından keçir… Onun həyatının gizli bir hissəsi belə qalmır… Bütün bunlar axirət dünyasında panoram görünüşlü şəkillər kimi göz önündən keçir. " 

Svedenborq həmçinin gələcəyə nüfuz edən, bütün insanı nurlandıran ,ifadəolunmaz parlaq “Allah işığını” təsvir edir. Bu həqiqət və tam anlaşma işığıdır.

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Emanuel Swedenborg.
  3. Сведенборг Эммануил // Новейший философский словарь: 3-е изд., исправл. — Мн.: Книжный Дом. 2003.— 1280 с — (Мир энциклопедий).

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024