Enkelad (peyk) Haqqinda Melumat - Vikipedia

Enkelad (peyk) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Enselad (peyk)

(Enkelad (peyk) səhifəsindən istiqamətləndirilmişdir)

Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn IISaturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Uilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır.[5] Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir.

Enselad
Kəşf edənUilyam Herşel[1]
Kəşf tarixi28 avqust 1789[1]
Böyük yarımoxu
237.948 km
Əyilməsi0,00016 radian
Nəyin peykidirSaturn[1]
Özünə xas ekssentrisitet
0,0047
Həcmi67.113.076 km³[2], 118.386,8352 san.[2]
Kütləsi108.043.390.000.000.000.000 kq[3][3]
Albedo1,375[2]
Temperaturmin. 32,9 K, 75 K, maks. 145 K
11,8[4]

Xarakteristikası redaktə

 
Yer, Ay və Enseladın müqayisəli ölçüləri.

Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir.

Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır. Bunun baş verməsi üçün səthinin yenilənmiş, toz və qayadan arınmış buza ehtiyac vardır. Kosmik aparatların köməyi ilə çəkilən fotoşəkillərdən səthində uzun kanalların olduğu müəyyən olunmuşdur. Bu kanallar peykdə bir zamanlar suyun axdığını göstərməkdədir.

2005-ci ildə Kassini aparatı peykin səthindən kosmosa fışqıran buz vulkanları müşahidə etmişdir. Bu da peykin hələ də aktiv olduğunu göstərməkdədir.[6] Bununla səthində niyə belə az kraterin olduğu məlum olmuşdur. Fışqıran su səthdəki kraterlərin üzərini örtərək yeni və cavan səth əmələ gətirir.

Saturnun solğun E halqasının əmələ gəlməsində[7] peykdən ayrılan buz parçalarının əhəmiyyətli olduğu düşünülür. Bir qaz nəhənginə yaxın olmaq bu peykdə böyük qabarma və çəkilmə hadisələrinə səbəbiyyət verir. Saturndan sadəcə 238 min km uzaqlıqda olduğundan Yupiterin peyki İo kimi plastik top kimi sıxılır və genişlənir.

Çox kiçik peyk olmasına baxmayaraq sürtünmə qüvvəsi hesabına daxili daimi isinir. Qabığın altındakı bu isti su vulkanlar əmələ gətirərək səthi örtür. Enseladın çox kiçik cazibə qüvvəsindən (Yerin 1 %-i qədər) qurtulan bu su buz şəklində Saturnun E halqasına əlavə olunur.

Tədqiqat redaktə

İndiyə qədər 3 kosmik aparat tərəfindən tədqiq edilmişdir. 12 noyabr 1980-ci ildə Voyager 1, 26 avqust 1986-cı ildə Voyager 2 Enseladda şəkillər çəkmişdir.[8] 2004-cü ilin 1 iyulunda isə Kassini kosmik aparatı Enselada çatmışdır.[9]

Qalereya redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
  2. 2,0 2,1 2,2 NASA FACTS (ing.). NASA.
  3. 3,0 3,1 https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  4. Morrison D., Johnson T. V., Shoemaker E. M., Soderbloom L. A. Satellites of Saturn: Geological Perspective. University of Arizona Press, 1984. S. 609–639.
  5. "Arxivlənmiş surət". 2014-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  6. "Arxivlənmiş surət" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-06.
  7. ISBN 0-19-512555-X.
  8. "Arxivlənmiş surət". 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  9. "Arxivlənmiş surət". 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023