Enkomyenda Haqqinda Melumat - Vikipedia

Enkomyenda Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Enkomyenda

istismar forması

Enkomyenda (İspanca tələffüz: [eŋkoˈmjenda]  ( dinlə)) fəth edənləri fəth edilmiş qeyri-xristian xalqların əməyi ilə mükafatlandıran İspan əmək sistemi idi.

16–18-ci əsrlərdə İspaniyanın Amerikadakı müstəmləkələrində hindi əhalinin istismar forması. Nominal azad olan hindilər ispan müstəmləkəçilərinə — enkomenderoslara töycü (geyim, qızıl, ərzaqla) vermək və mükəlləfiyyətləri (mədənlərdə və enkomenderosun mülklərində) yerinə yetirmək şərtilə "himayəyə" verilirdi. 17–18-ci əsrlərdə digər istismar formaları (mita, peonaj) ilə birlikdə mövcud idi. 1718–91-ci illərdə verilmiş kral fərmanları ilə ləğv edilsə də, İspaniyanın bir çox müstəmləkələrində 19-cu əsrin əvəllərinədək qalmaqda idi.

İstinadlar redaktə


Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024