Enlil Haqqinda Melumat - Vikipedia

Enlil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı.

Ümumi məlumat redaktə

Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi.

Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.

İstinadlar redaktə


Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023