Epi Haqqinda Melumat - Vikipedia

Epi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Epi (Əkbər Novruzlu; 15 yanvar 1999, Bakı, Azərbaycan) — Azərbaycan reperi,[1][2] Vətən müharibəsinin iştirakçısı.

Əkbər Novruzlu
azərb. Əkbər Azər oğlu Novruzlu
Ümumi məlumatlar
Ləqəbi Epi
Doğum tarixi (25 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Reper
Fəaliyyət illəri 2013–2023
Janrlar Rep
Hip-hop
Mükafatları "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Şuşanın azad olunmasına görə" medalı — 2021
"Vətən müharibəsi iştirakçısı" medalı — 2022
epinrmnv.com

Həyatı və karyerası redaktə

Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır.[3] O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.[4][5]

Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuqQırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür. 2017-ci ildə "Olanı de" adlı ilk solo konserti baş tutub. 2018-ci ilin avqustunda FtB, RZZA, Dadash ilə birgə Dörd2Sıfır qrupunu yaratmışdır. 2013-cü ildən battle-rep-lə intensiv olaraq məşğul olmuşdur. Bu qəbildən olan azərbaycanın ən böyük battl-rep layihəsi olan Kəllə-Kəlləyədə[6] iki reperlə mübarizədən qalib ayrılmışdır.[7][8] 2020-ci ilin 15 avqustunda Epidemiya albomunu buraxmışdır.[9]

Əkbər Novruzlu (Epi) 18 noyabr 2023-cü ildə, şəxsi Instagram hesabında, yaşadığı şəxsi problemlər səbəbindən, xaricə köçdüyünü və repdən getdiyini dinləyiciləri ilə bölüşmüşdür.[mənbə göstərin]

Diskoqrafiya redaktə

Sinqllar redaktə

  • 44 Gün (2023)
  • Başdanxarab 4 (2023)
  • Hər şey pulun başındadır (2023)
  • Jelibon (2023)
  • Mənim Qaqalarım (2023)
  • Salam Aleykum (2022)
  • Düşdüm Dərinə (2021)
  • İstər-İstəməz (2021)
  • Başqa?! (2021)
  • Tрезвый Скотт (2021)
  • Komendant Saatı (2021)
  • 120 (2021)
  • Bəlkə bizdə nəsə alınar (2020)
  • Boş şeylərdir (2019)
  • Epi kimdi?! (2019)
  • Göylərə aşiq biri (2019)
  • Taxi (2019)
  • Mən sual, sən nida (2018)
  • Əkbər Novruzlu (2017)
  • Tək Qalmışam (2017)
  • Qırmızı Winston (2014)

Albomlar redaktə

  • Epinin ədəbiyyatı (2015)
  • Epidemiya (2020)
  • Random (2023)

Kliplər redaktə

Epinin musiqi videoları yüksək baxış sayına malikdir
Yayım ili Adı Youtube-da baxış sayı
(22.01.2023)
2014 Qırmızı Winston 5.243.986
2015 Qətran 1.219.397
Başdanxarab 1.435.224
2016 High'can brat? 1.332.909
#BirGünPrezidentOlsam 3.362.350
Allah haqqı (İthaf) 1.221.954
2017 Əkbər Novruzlu 3.058.407
O gün bu gündür 897.165
Tək qalmışam 5.424.367
2018 Başdanxarab 2 440.938
Pivə tutmur məni 756.416
Mən Sual, Sən Nida 6.328.749
2019 Taxi 716.032
Göylərə aşiq biri 5.298.447
Epi kimdi?! 4.817.676
MAŞIN'18 (OST) 710.537
Boş şeylərdir 1.321.668
2020 Bəlkə bizdə nəsə alınar 1.265.213
2021 120 439.324
Komendant Saatı 171.890
Tрезвый Скотт 1.006.243
Başqa?! 320.540
İstər-istəməz 532.090
Düşdüm Dərinə 615.688
2022 Aleykum Salam 467.787

Təltif və mükafatları redaktə

Hərbi təltifləri redaktə

İstinadlar redaktə

  1. "Reper Epi: "Kimisə Nərimanov qədər sevsəm, evlənəcəm"". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  2. "Gənc repçi: "Bir insanın əziyyətini yerə vurmaq düzgün deyil"". 2019-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  3. ""Təəccüblə qarşılayırlar ki, sən burda nə edirsən?" - Cəbhədə olan TANINMIŞ AKTYOR". Ölkə.az (az.). 19 noyabr 2020. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2020.
  4. 4,0 4,1 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. 5,0 5,1 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "АЛЬТЕРНАТИВНЫЕ ЖАНРЫ МУЗЫКИ. ТОП-3". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  7. "KƏLLƏ-KƏLLƏYƏ: Epi VS. Noton". 2019-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  8. "KƏLLƏ-KƏLLƏYƏ x #DəqiqəninHökmü: Tefo VS. Epi". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  9. "Epidemiya albomu Apple Music-də". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  11. "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 10.02.2022. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2022.

Xarici keçidlər redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023