Epidot Haqqinda Melumat - Vikipedia

Epidot Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Epidot
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
{Ca₂}{Al₂Fe³⁺}(Si₂O₇)(SiO₄)O(OH)
Strunz təsnifatı VIII/C.23[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri redaktə

 
Epidot, 90 mm, Daşkəsən yatağı, Daşkəsən rayonu

Pyemontit, tamavit, muxinit və başqaları.

Xassələri redaktə

Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr.

Mənşəyi və yayılması redaktə

Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b. Azərbaycanda DaşkəsənGədəbəy rayonlarının skarnlarında, Konqur – Alangöz intruzivinin cənub-qərb hissəsində geniş yayılmışdır. Bittibulaq mis-mərgümüş yatağının, Mehmana qrupu qurğuşun-sink obyekt-lərinin, Katsdağ kolçedan-polimetal yatağının filizyanı metasomatitlərində və bir sıra başqa yerlərdə də rast gəlir.

Tətbiqi redaktə

Şəffaf növ müxtəliflikləri əlvan daşlar kimi zərgərlikdə istifadə edilir.

İstinadlar redaktə

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə redaktə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024