Epixarm Haqqinda Melumat - Vikipedia

Epixarm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Epixarm, Epixarmus (yun. Ἐπίχαρμος, təxminən E.ə. 540E.ə. 450) — qədim yunan düşünürü, fəlsəfəöncəsi dönəminin ən görkəmli nümayəndələrdən biri.

Epixarm
q.yun. Ἐπίχαρμος
Doğum tarixi təq. e.ə. 524[1] və ya təq. e.ə. 540[2]
Vəfat tarixi təq. e.ə. 435[1] və ya e.ə. 448[2]
Vəfat yeri
Elm sahəsi fəlsəfə

Pifaqorun mühazirələrində iştirak etməsinə[3] baxmayaraq onu pifaqorçulara aid etmirlər. Bəzi tarixçilər onu “Yeddi yunan müdriklərin”dən biri hesab edirdilər.

Epixarmusun İtaliyanın cənubunda anadan olduğu güman edilir. O, çoxlu komediya janrında əsərlər yazmış, bu janrın yaradıcılarından biri hesab edilmişdir. Dövrümüzə onun “qnome”lər adlanan qısa müdrik ifadələri gəlib çatmışdır. Bundan başqa, onun təbiət və təbabət haqqında zamanımıza çatmayan əsərləri də olmuşdur[3].

Epixarmus hər şeyi ikilikdə (dualizmdə) təsəvvür edirdi. Onun təliminə görə maddi və düşüncə ilə qavranılan başlanğıclar vardır. Maddi başlanğıc od, hava, yer və sudan ibarətdir. Ona görə maddi başlanğıc dəyişkəndir. Düşüncə ilə qavranılan başlanğıc isə müxtəlif ideyalardır ki, onlar hər şeyin formasını təşkil edir. O başlanğıc dəyişkənliyə uğramır və hərəkətsizdir.[4]

İnsan təbiəti də ikilidir. Bir tərəfdən onun maddi, başqa tərəfdən isə ilahi (onun ruhu) əsası vardır. İnsan diri ikən onlar birlikdədirlər, ölüm baş verən kimi isə ayrılırlar. Bədən məhv olur, ruh isə varlığını davam etdirir. Əslində isə insanın “Mən”ini təşkil edən ruhdur. Bədən isə onun zindanıdır. Ona görə də ruhu təkmilləşdirmək lazımdır ki, insan şəhvətlə dolu həyat sürməsin.[5]

Qnomelərinin (qısa aforizmlər şəklində verilmiş müdrik ifadə) birində Epixarmus insan xasiyyətləri haqqında düşünür [6]. Yalnız şər insanlar yoxdur, çünki hamıda həm yaxşı, həm də pis xüsusiyyətlər vardır. Sadəcə bəzi adamlarda pis cəhətlər yaxşıları üstələyir. Onlar naqis adamlardır. Başqalarında isə yaxşı cəhətlər daha çox olur. Onlar isə müsbət insanlardır. Beləliklə, ən yaxşı insan o kəsdir ki, onun yaxşı xüsusiyyətləri, mənfi xüsusiyyətlərini üstələsin.

Başqa bir qnomesində isə Epixarmus demişdir ki: “Ölü olmaq qorxulu deyil. İnsanları ölmək anı qorxudur[7].

Mənbə redaktə

Ədəbiyyat redaktə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 18-19.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.
  • Эпихарм. Гнома 165 // Душенко К. Мысли и изречения древних с указанием источника. M.: Эксмо, 2007.

İstinadlar redaktə

  1. 1,0 1,1 Istituto dell'Enciclopedia Italiana Epicarmo // Enciclopedia on line (it.).
  2. 2,0 2,1 2,2 Любкер Ф. Epicharmus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 479.
  3. 3,0 3,1 Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 368.
  4. Маковельский А. О. Досократики. Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine Минск: Харвест, 1999, c. 340.
  5. Маковельский А. О. Досократики. Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine Минск: Харвест, 1999, c. 341.
  6. Маковельский А. О. Досократики. Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine Минск: Харвест, 1999, c. 360.
  7. Эпихарм. Гнома 165 Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine // Душенко К. Мысли и изречения древних с указанием источника. M.: Эксмо, 2007, c. 214.

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024