Erato dəstəsi Haqqinda Melumat - Vikipedia

Erato dəstəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Erato dəstəsi (erm. Էրատո ջոկատ) — Ermənistan Quru Qoşunlarının hərbi hissəsi. Ermənistan Silahlı Qüvvələri zəminində yaradılmış ilk qadınlardan ibarət hərbi hissədir. Azərbaycan ilə Ermənistan arasında baş verən qarşıdurmalardan sonra yaradılmış və ilk növbədə İkinci Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmişdir.

Zəmin redaktə

1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ən azı 115 qadının döyüş tapşırıqlarında iştirak etdiyi haqqında məlumat mövcuddur. 2013-cü ildə Ermənistandakı hərbi akademiyalarda ilk dəfə qadınların iştirakına icazə verilmişdir. Armenak Xanperyants adına Hərbi Aviasiya Universiteti həmin il 5 qadını qəbul etmiş, növbəti il isə Vazgen Sarkisyan adına Hərb Universiteti də oxşar qərar almışdır.[1]

 
Anna Hakobyan 2018-ci ildə.

Tarixi redaktə

2020-ci ilin avqust ayında Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan, Qondarma Dağlıq Qarabağ Respublikasından olan qadınlarla bir həftəlik döyüş hazırlığı proqramı keçmişdir.[2] Bu, 2020-ci ilin iyul ayında, Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşlərinə bir cavab idi. Hakobyan daha sonra 18–27 yaş arası qadınlar üçün 45 günlük könüllü bir təhsil proqramı yaratmışdır. Proqramın başa çatması ilə iştirak edənlər rəsmi olaraq silahlı qüvvələrə qoşula bilər.[1]

27 sentyabrda İkinci Qarabağ müharibəsi başlamışdır. Oktyabr ayının axırlarında Hakobyan Ermənistan krallığını idarə edən Arşakilər sülaləsindən olan çariça Eratonun şərəfinə "Erato dəstəsi" adlandırılan, 13 qadın əsgərdən ibarət bir taqım böyüklüyündə hərbi hissə yaratmışdır.[3][4][5] Hərbi hissə yaradılmasından sonra döyüş hazırlığı keçmişdir.[6][7] Noyabr ayının əvvəlində qiymətləndirmədən sonra bölmə Ermənistan Müdafiə Nazirliyi tərəfindən döyüşə hazır qiymətləndirilmişdir.[1]

9 noyabrda imzalanan atəşkəs bəyannaməsindən sonra dəstə məsuliyyət bölgələrində keşik çəkməyə başlamışdır. Hərbi hissədə xidmət edənlərin peşəkar hərbi təhsil almaları üçün İrəvana aparılmaq planları mövcuddur.[8][9]

İstinadlar redaktə

  1. 1 2 3 "The Artsakh War brought about Armenia's first all-women military unit". wearethemighty (ingilis). 16 noyabr 2020. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  2. "Artsakh women participate in 1-week combat preparedness training at initiative of Armenian PM's wife". armenpress.am (ingilis). 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  3. "Anna Hakobyan's All-Female Unit Ready For battle, Named After Armenian Queen "Erato" Daughter Of King Tigranes. – ZARTONK MEDIA". zartonkmedia.com (ingilis). 6 noyabr 2020. 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  4. "Arxivlənmiş surət". 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  5. "Աննա Հակոբյանի ջոկատը կոչել են "Էրատո" անունով /լուսանկարներ/". Analitik.am (erməni). 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  6. "Armenia PM's wife Anna Hakobyan kicks off combat course amid Karabakh conflict". Deccan Herald (ingilis). 27 oktyabr 2020. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  7. "Armenia PM Nikol Pashinyan's wife Anna Hakobyan takes military training amid war with Azerbaijan". zeenews.india.com (ingilis). 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  8. "PM's Wife Anna Hakobyan Says That Her Volunteer Detachment Continues To Hold Their Position In The Battlefield. – ZARTONK MEDIA". zartonkmedia.com (ingilis). 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  9. "Աննա Հակոբյանն իր հավաքագրած "Էրատո" ջոկատի հետ շարունակում է պահել իրենց վստահված դիրքը". armenpress.am (az.). 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024