Erebru Qalası Haqqinda Melumat - Vikipedia

Erebru Qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Erebru Qalasıİsveç Krallığının Erebru qraflığında tarixi əhəmiyyətli qala. Qala Svarton çayının[2] ortasında yerləşir.

Erebru Qalası
Xəritə
59°16′26″ şm. e. 15°12′55″ ş. u.
Ölkə
Tikilmə tarixi XIV əsr, 1270[1]
Üslubu roman memarlığı
Rəsmi sayt orebroslott.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala 1935-ci ildən İsveçin milli abidəsi elan edilmişdir. [3]

Tarixi redaktə

 
 
Qalanın həyəti

Erebru Qalası müdafiə qalası kimi, ehtimal ki, XIV-cü əsrin ortalarında, İsveç kralı IV Maqnusun (1316-1374) dövründə tikilmişdir. İllər ərzində əlavə yenidənqurma işləri aparılmışdır. Son əhəmiyyətli xarici dəyişikliyi XIX-cu əsrin sonunda baş vermişdir. Binanın üslubu müxtəlif dövrlərin dəbi ilə xarakterizə olunur.

Qalada bir sıra mühüm milli günlər və görüşlər keçirilirdi. 1764-cü ildən bəri qala Erebru qraflığının Qubernatorunun iqamətgahı kimi xidmət edir.

1935-ci ildən Erebru Qalası İsveçin milli abidəsi elan edilmişdir. Hələ də qubernatorun iqamətgahı kimi xidmət edən qalanın ilkin görkəminin bərpası 1900-cü ilə qədər tamamlandı.

Hazırda qalanın 4 mərtəbəsində inzibati və xidməti binaları, yerli Elm muzeyinin zalları, tələbələr üçün siniflər, konfrans zalları yerləşir. Bəzi tarixi zallar restoran kimi istifadə olunur. Qala turistlər üçün açıqdır.

Arxitekturası redaktə

Erebru Qalası bütün adanı tutur və künclərində dairəvi qüllələri olan dördbucaqlı formaya malikdir. Qalanın şimal tərəfində XVIII-ci əsrdə sökülən yeddi metrlik qala divarının bir hissəsi qorunub saxlanılıb. Qala və şəhəri daş körpü birləşdirir.

Qalanın ətraf divarı onun müdafiyyə qalası olduğunu ehtimal edir.

İstinadlar redaktə

  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. "Arxivlənmiş surət". 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
  3. Lagskydd Arxivləşdirilib 2024-04-24 at the Wayback Machine, Bebyggelseregistret, Riksantikvarieämbetet.

Xarici keçidlər redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024