Erebuni Hava Limanı Haqqinda Melumat - Vikipedia

Erebuni Hava Limanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Erebuni Hava Limanı

Erebuni Hava Limanı — (erm. Էրեբունի օդանավակայան) (ICAO: UDYE) — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.

Erebuni Hava Limanı
Xəritə

40°07′42″ şm. e. 44°28′22″ ş. u.


IATA: yoxdurICAO: UDYE
Məlumat
Hava limanı tipi Mülki/Hərbi (əsasən hərbi təyinatlı)
Ölkə Ermənistan Ermənistan
Açılış tarixi 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784x40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir.[1]

Tarixi redaktə

Memarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci il tarixində İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı.

Təyinatı redaktə

Hal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir.

Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir.

Qəza və hadisələr redaktə

4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində kapitan Arşak Nersisyan həlak oldu.[2]

İstinadlar redaktə

  1. "World Aero Data: Erebuni". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
  2. Military Helicopter Accident Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine." A1+. November 4, 2008.

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024