Ermənistan parlamentinə silahlı hücum Haqqinda Melumat - Vikipedia

Ermənistan parlamentinə silahlı hücum Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ermənistan parlamentinə silahlı hücum

siyasi terror aktı

Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’)[5][6]Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı.

Ermənistan parlamentinə silahlı hücum
Hücumun 8 qurbanını əks etdirən poçt kartı (2000)
Hücumun 8 qurbanını əks etdirən poçt kartı (2000)
Ümumi məlumatlar
40°11′24″ şm. e. 44°30′33″ ş. u.
Yeri Ermənistan parlament binası, İrəvan, Ermənistan
Hücumun hədəfi Vazgen Sarkisyana qarşı dövlət çevrilişi (terrorçuların iddiasına görə)[1]
Tarix
  • 27 oktyabr 1999 (1999-10-27)
  • saat 17:15
Hücum metodu güllələmə
Silah(lar) AK-47
Ölü sayı 8
Yaralı sayı 30+[2][3]
Terrorist sayı 5
Terrorist(lər) Nairi Hunanyan, Karen Hunanyan, Vram Qalstyan, Derenik Ecanyan, Eduard Qriqoryan[4]
Girov sayı təxminən 50
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.[7]

Silahlı hücum redaktə

 
Hücumun əsas hədəfi kimi göstərilən keçmiş Müdafiə Naziri Baş nazir Vazgen Sarkisyan

27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də[8][9] hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın[10] rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən[8][11] Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər:[12]

  • Vazgen Sarkisyan – Baş nazir
  • Karen Dəmirçyan – Milli Məclisin sədri
  • Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini
  • Ruben Miroyan – Milli Məclis sədrinin müavini
  • Leonard Petrosyan – Təcili İşlər naziri
  • Henrik Abrahamyan – Parlamentin üzvü
  • Armenak Armenakyan – Parlamentin üzvü
  • Mixail Kotanyan – Parlamentin üzvü

Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar.[2][3]

Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.[13] Qrup dövlət çevrilişi etdiklərini iddia etdi.[14][15] Onlar öz hərəkətlərini "vətənpərvər" və "millətin öz hisslərini yenidən qazanması üçün vacib" olaraq görürdülər.[8] Onlar "hakimiyyəti millətə etdikləri işlərə görə cəzalandırmaq istədiklərini" bildirdilər və hökuməti "xalqın qanını içən" mənfəətçilər olaraq təsvir etdilər.[16] Terrorçular Ermənistanın "fəlakətli bir vəziyyətdə" olduğunu və "korrupsioner məmurların" çıxış yolu təmin etmək üçün heç bir iş görmədiklərini iddia etdilər.[3][16] Vazgen Sarkisyanın qrupun əsas hədəfi olduğu,[10] digər qətllərin isə qəsdən edilmədiyi bildirildi.[16] Çəkilişlərin şahidi olan jurnalistlərin dediyinə görə, silahlılar Sarkisyana tərəf gedərək "yetərincə qanımızı içdin" deyə qışqıranda, Sarkisyan sakitcə cavab vermişdi: "Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir."[16] Vazgen Sarkisyan bir neçə dəfə vuruldu.[17] Hunanyan "milləti pis vəziyyətdə qoyan" Sarkisyan istisna olmaqla, hücumdakı səkkiz ölümün və yaralanan onlarla insanın hamısının hadisənin "günahsız qurbanlar"ı olduğunu söylədi.[18] Hadisə şahidi jurnalist Anna İsrailyan "ilk atışmalar birbaşa Vazgen Sarkisyana bir-iki metr aralıda atəş edildi" və onun sözlərinə görə "Baş nazirin sağ qalması mümkün deyildi."[9]

Kameraman Qaqik Saratikyan silahlılar parlament binasında olarkən, içəri girilməsinə icazə verilən ilk şəxs idi. Saratikyan Vazgen Sarkisyan və Karen Dəmirçyanın meyitlərini videoya çəkdi.[16] Sarkisyanın cəsədi 27 oktyabr axşamı parlament binasından çıxarıldı.[2]

Hökumətin cavabı redaktə

Hücumdan dərhal sonra yüzlərlə polisordu qüvvəsi və iki zirehli transportyor[8] İrəvana gətirilərək Milli Məclis binası ətrafındakı Bağramyan prospektinə yerləşdirildi.[16] Əməliyyatda Rusiyadan gələn anti-terror dəstəsi də var idi.[11] Bu vaxt çox sayda təcili yardım maşını atışma yerinə göndərilmişdi.[9] Prezident Robert Köçəryan parlament binası ətrafında təhlükəsizlik qüvvələrinin fəaliyyətinə rəhbərlik edirdi.[19] Binanın içərisində 50-yə yaxın girov saxlanılarkən[8] silahlılar vertolyot və siyasi bəyənat üçün milli televiziyada efir vaxtı tələb etdilər.[2][9][15]

Prezident Robert Köçəryan vəziyyətin nəzarət altında olduğunu elan edərək televiziyada çıxış etdi. Onun sözçüsü Vahe Qabrielyan silahlıları "fərdi terrorçu" kimi xarakterizə edərək "bunlar yalnız parlament binasındakı kiçik bir qrupdur" dedi.[17] Prezident Köçəryanla gecə boyu davam edən danışıqlardan sonra silahlı şəxslər girovları azad etdilər və 17–18 saat davam edən əlavə danışıqlıqlardan[15] sonra, 28 oktyabr səhəri təslim oldular.[20][21] Köçəryan silahlı şəxslərin şəxsi təhlükəsizliyinə və azad məhkəmə hüququna zəmanət vermişdi.[8][22] Bu vaxt Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik səbəbiylə İrəvana gedən bütün yolları bağlamışdı.[23]

28 oktyabr 1999-cu ildə prezident Köçəryan ölkədə üç günlük matəm elan etdi.[24] Parlament terror qurbanları üçün 30–31 oktyabr 1999-cu il tarixlərində dövlət dəfn mərasimi keçirildi. Qurbanların cəsədləri, o cümlədən Vazgen Sarkisyan İrəvan Opera Teatrının içərisinə yerləşdirildi.[25][26] Dəfn mərasimində Rusiyanın Baş naziri Vladimir Putin və Gürcüstan prezidenti Eduard Şevardnadze başda olmaqla 30-a yaxın ölkədən bir çox yüksək vəzifəli şəxs iştirak etdi. Dəfndə Bütün Ermənilərin Katolikosu II Qaregin və Kilikiyanın Müqəddəs Taxt Katolikosu I Aram dualar etdi.[27]

Reaksiyalar redaktə

İctimai redaktə

Ermənistan Milli Elmlər Akademiyasının Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən atışmadan dərhal sonra (30–31 oktyabr) aparılan sorğunu cavablayanların 56,9%-i 27 oktyabr hadisələrinin dövlətçiliyə və ölkə hakimiyyətinə qarşı cinayət olduğunu dedi. Sorğuda iştirak edənlərin 63,4%-i terror qruplaşmasının bir qrup sui-qəsdçi və düşməndən ibarət olduğuna inanır.[28]

Beynəlxalq redaktə

  • Avstraliya  Avstraliya – Xarici İşlər Naziri Aleksandır Dovner yüksək vəzifəli şəxslərin sui-qəsdini qınadı.[29]
  • Fransa  Fransa – Ermənistanın Parisdəki səfirliyi prezident Jak Şirak, Baş nazir Lionel Jospen və bir çoxlarından teleqram aldı.[30]
  •   İran – vitse-prezident Həsən Həbibi Tehrandakı Ermənistan səfirliyini ziyarət edərək kədərli hadisə ilə əlaqədar qeyd kitabında başsağlığı yazısı yazdı.[30]
  • Qazaxıstan  Qazaxıstan – Qazaxıstan Prezidenti Nursultan Nazarbayev prezident Köçəryana başsağlığı teleqramı göndərərək bunun "şok və qəzəblə" qəbul edilən "barbar" hadisə olduğunu bildirdi. Nazarbayev vurğuladı ki, "bu dəhşətli cinayət insanların sabitliyinə, yaradıcı işlərinə və dinc həyatına təhlükə yaradan terrorizmə qarşı güzəştsiz mübarizəni gücləndirmək üçün səylərimizi birləşdirməyimizi bir daha tələb edir."[31]
  • Rusiya  Rusiya – Prezident Boris Yeltsin "dərin qəzəbini" və "terrorçuların hərəkətlərini kəskin qınadığını" bildirdi. O, Rusiyanın İrəvandakı səfirinə "bu vəhşi hərəkət nəticəsində" əziyyət çəkənlərin hamısına "ən dərin rəğbətini" və başsağlığını çatdırmağı tapşırdı. Prezident Yeltsin "terrorun bütün təzahürlərini harada olursa olsun, qətiyyətlə dayandırmağa" ehtiyac olduğunu söylədi və Rusiyanın "bu mövzuda bütün maraqlı tərəflərlə sıx əməkdaşlığa" hazır olduğunu vurğuladı.[31]
  • Suriya  Suriya – Parlamentin sədri Abdul-Qadir Qaddura öz başsağlığını bildirdi.[30]
  • Türkiyə  Türkiyə – Baş nazir Bülənt Əcəvit narahatlığını dilə gətirərək "Bu, son dərəcə kədərli və narahat bir hadisədir" dedi və əlavə etdi: "Bir çox ehtimal ağla gəlir. Azərbaycan və Ermənistan arasında ümid əlaməti verən dialoq prosesi başlamışdı. Bu ona qarşı bir reaksiya idi ya yox? Bilmirəm"[31]
  • Böyük Britaniya  Birləşmiş Krallıq – Xarici İşlər Nazirliyinin sözçüsü dedi: "Bu, 1991-ci ildə müstəqillik qazandıqdan sonra və demokratiya qurmaq səylərindən sonra Ermənistan üçün dəhşətli bir zərbədir. Biz terroru bağışlamırıq"[31]
  • ABŞ  ABŞ – Prezident Bill Klinton silahlı hücumu qınadı, bunu "məntiqsiz bir hərəkət" adlandırdı və ABŞ-nin Ermənistana dəstəyini təzələdi. O əlavə etdi: "Bu faciə dövründə biz Ermənistan xalqına və onların rəhbərlərinə bugünkü qurbanların bu qədər cəsarətlə təcəssüm etdirdikləri prinsipləri davam etdirdikləri üçün dəstəyimizi bir daha bildiririk."[13][32] 17 noyabr 1999-cu ildə Nümayəndələr Palatası sui-qəsdlərə dair qərar qəbul etdi.[33]

İstintaq və məhkəmə redaktə

Beş nəfər 29 oktyabrda hakimiyyətə xələl gətirmək məqsədi ilə terrorçuluqda ittiham edildi.[11] İstintaqı aparan Ermənistanın Baş Hərbi Prokuroru Qagik Cangiryan iddia etdi ki, komandası hətta məhkəmə başlanandan sonra da hücumun arxasında kimin olduğunu axtarırdı.[34] Cangiryanın sözlərinə görə, istintaq qrupu ondan çox nəzəriyyəni nəzərdən keçirmişdir.[35] 2000-ci ilin yanvarına qədər Cangiryanın müstəntiqləri Köçəryan və onun çevrəsinin parlament hücumu ilə əlaqəsinin olduğunu düşündülər.[36] Köçəryana yaxın bir neçə şəxs, o cümlədən prezident müşavirinin müavini Aleksan Harutiunyan və Ermənistan İctimai Televiziyasının direktor müavini Harutiun Harutiunyan həbs edildi, lakin onlar həmin ilin yayına qədər sərbəst buraxıldılar.[21] Nəticədə Cangiryan Köçəryanın terror aktında əli olmasını sübut edəcək dəlil tapa bilmədi.[21]

İstintaq başa çatdı və iş 12 iyul 2000-ci ildə məhkəməyə göndərildi.[37] Məhkəmə işi 15 fevral 2001-ci ildə İrəvanın KentronNork-Maraş Rayon Məhkəməsində başladı.[38] Məhkəmə işi Baş Prokuror Ağvan Hovsepyanın və onun ofisinin səlahiyyətinə verildi, nəticədə dəlil olmaması səbəbindən iş bağlandı.[39] Atışmanın əsas 5 günahkarı (Nairi Hunanyan, kiçik qardaşı Karen Hunanyan, dayısı Vram Qalstyan, Derenik Ecanyan və Eduard Qriqoryan) 2 dekabr 2003-cü ildə ömürlük həbs cəzasına məhkum edildi.[4]

Konspirasiya nəzəriyyələri redaktə

Hücumun hansı motivasiya ilə edildi heç vaxt tam şəkildə açıqlanmadı: silahlılar öz təşəbbüsləri ilə hərəkət etdiklərini iddia etdilər və çoxlu konspirasiya nəzəriyyələrinə baxmayaraq, hücumun arxasında hər hansı bir siyasi liderin və ya tərəfin olduğunu göstərən heç bir inandırıcı dəlil tapılmadı. Bununla belə, qətllər siyasi quruluşdakı liderliyi boş qoydu.[40] Konspirasiya nəzəriyyələri tez bir zamanda hücumun Qarabağda gedən sülh danışıqlarını pozmaq üçün olduğunu desə də, on il sonra mövcud sübutlar hələ də əsas silahlı şəxsin erməni siyasi elitasına qarşı kinli bir şəxs olduğunu göstərir.[41]

2013-cü ilin aprel ayında verdiyi reportajda Karen Dəmirçyanın dul arvadı Rita Dəmirçyan güllələnmənin xaricdən əmr edildiyini və bunun çevriliş cəhdi olmadığını, əksinə, sui-qəsd olduğunu söylədi.[42]

"Robert Köçəryan və Serj Sarkisyanın məsələdə əli olduğu" iddiası redaktə

Hücum zamanı mövcud prezident Robert Köçəryan
Hücum zamanı ölkənin Milli Təhlükəsizlik Naziri Serj Sarkisyan

İstintaq Köçəryanı Hunanyanın silahlı qrupu ilə əlaqələndirən heç bir əhəmiyyətli dəlil tapmasa da, bir çox erməni siyasətçi və təhlilçi hesab edir ki, Vazgen Sarkisyanın və digər aparıcı siyasətçilərin qətlinin arxasında prezident Robert Köçəryan və Milli Təhlükəsizlik naziri Serj Sarkisyan durur.[43][44][45][a] 2000-ci ilin yanvarında müstəntiqlər bəzi müxalifət nümayəndələrinin Köçəryanı istefa çağırışı ilə təşviq etməsi ilə 27 oktyabr hücumunun arxasında prezident Robert Köçəryanın ətrafında olan bir neçə üzvünün ola biləcəyini iddia etdilər, lakin Köçəryan il boyu gücünü tədricən gücləndirərək ölkə rəhbərliyinin ən güclü siması kimi meydana çıxdı.[36]

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə "Köçəryanı və Serj Sarkisyanı və onların cinayətkar-oliqarxik sistemini parlament hücumunun həqiqi günahkarları olmaqda" ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bildirdi ki, "Əgər fevralın 19-da Serj Sarkisyana səs versəniz, Nairi Hunanyana səs verəcəksiniz. Serj Sarkisyanı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın müqəddəs məzarlarını alçaldacaqdır."[46] 2009-cu ildə Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif ittifaq olan Erməni Milli Konqresi atışmaların 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Köçəryan və Serj Sarkisyanı qətllərdə günahlandıraraq bir çox erməninin onları məsələnin əsl günahkarları hesab etdiklərini iddia etdi. Açıqlamada deyilirdi: "27 oktyabr terror yolu ilə iqtidarın zorla ələ keçirilməsi idi. Bununla da terrorizm rejimin iqtidara yapışmaq və özünü göstərmək üçün əsas vasitəsinə çevrildi."[46]

2013-cü ilin mart ayında Vazgen Sarkisyanın kiçik qardaşı Aram Sarkisyan Robert Köçəryan və Serj Sarkisyanın hər iki hökumətinə bir çox sualının olduğunu söylədi. O, 27 oktyabr məhkəmə prosesini "bu gün bir çox sualı cavabsız qoyduğu" üçün "hakimiyyətə olan ictimai inamsızlığı artırdığını" iddia etdi. Aram Sarkisyanın sözlərinə görə, atışmanın açıqlanması Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Sarkisyan sonda israr etdi ki, "heç vaxt bu və ya keçmiş hakimiyyəti 27 oktyabr məsuliyyətində ittiham etməmişəm. Mən onları 27 oktyabr tarixini tam açıqlamamaqda ittiham etmişəm."[47]

Albert Bazeyan 2002-ci ildə bildirmişdi: "Cinayətin Robert Köçəryanın hakimiyyətini məhdudiyyətsiz və nəzarətsiz hala gətirmək məqsədi ilə gəldiyinə toxunduq. Karen Dəmirçyan və Vazgen Sarkisyanı fiziki olaraq aradan qaldırmaqla təşkilatçıları gələcək prezident seçkilərində Köçəryanın qalib gəlməsi üçün ön şəraiti yaratmaq istədilər. "[48]

"Rusiya müdaxiləsi" iddiası redaktə

2005-ci ilin aprel ayının sonlarında keçmiş Rusiya məxfi xidmət agenti Aleksandr Litvinenko Azərbaycan qəzeti olan "Realniy Azerbaijan"-a verdiyi müsahibədə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini (GRU) Dağlıq Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün Ermənistan parlamentində terror aktı təşkil etməkdə ittiham etdi, ancaq ittihamını dəstəkləyəcək heç bir dəlil təqdim etmədi.[49][50][51] 2005-ci ilin mayında Rusiyanın Ermənistandakı səfirliyi hər hansı bir əlaqəni rədd etdi və Litvinenkonun ittihamını Ermənistan və Rusiya arasındakı münasibətləri Rusiyadakı demokratik islahatların insanlar tərəfindən pozulması cəhdi kimi qiymətləndirdi.[52] Ermənistan Milli Təhlükəsizlik Xidməti də Rusiyanın hadisədəki iştirakını təkzib etdi. MTX sözçüsü Artsvin Bağramyan "məhkəmə prosesində Litvinenkonun iddiasına aid bir fakt və ya bir işarə olmadığını" söylədi. Prezident Robert Köçəryanın milli təhlükəsizlik üzrə müşaviri Qarnik İsaqulyan Litvinenkonu "xəstə adam" adlandırdı.[39]

27 oktyabr 2012-ci ildə fransız əsilli erməni "siyasi mühacir" və keçmiş Apostol keşişi Arsruni Avetisysan (dini adı olan Ter Girgor ilə də tanınır) Ermənistanın "A1plus" kanalına müsahibə verərək, Rusiyanın gizli xidmətlərinin atışmanın arxasında olduğunu iddia etdi.[53] 7 may 2013-cü ildə eyni agentliyə verdiyi müsahibədə Artsruni Avetisysan terror aktının 1992-ci ildən 1999-cu ilə qədər Müdafiə nazirinin müavini olan general-leytenant Vahan Şirxanyan və Milli Təhlükəsizlik Naziri Serj Sarkisyan tərəfindən edildiyini iləri sürdü. Serj Sarkisyanın və Robert Köçəryanın "Neo-Bolşevik cinayət klanı"-nın hakimiyyətə gətirilməsi üçün atışmalara Rusiya xüsusi xidmət orqanlarının da kömək etdiyini vurğuladı.[54]

Digər xarici ünsürlərin müdaxiləsi redaktə

Qarabağ Komitəsinin aparıcı üzvlərindən biri, keçmiş daxili işlər naziri və Levon Ter-Petrosyanın 1993-cü ilədək milli təhlükəsizlik üzrə müşaviri və yaxın müttəfiqi Aşot Manuçaryan heç bir sübut təqdim etmədən 2000-ci ilin oktyabrında Ermənistan rəsmilərinə atışma barədə xarici ölkə tərəfindən xəbərdarlıq edildiyini iddia etdi. O, 27 oktyabr hadisələrində "Qərb xüsusi xidmət orqanlarının" iştirak etdiyini də açıqladı.

Manuçaryan: "ABŞ və Fransanın xüsusi xidmət orqanları Ermənistanı məhv etmək üçün hərəkət edirlər və bu baxımdan onların Ermənistandakı terror aktlarının reallaşmasında yaxından iştirak etməsi ehtimalı böyükdür. "[55]

Rusiya İnqilab Federasiyasının ittihamlara cavabı redaktə

Silahlı qrupun lideri Nairi Hunanyan Ermənistan İnqilab Federasiyasının (Daşnaksütun) keçmiş üzvü idi.[56] EİF nümayəndələrinin sözlərinə görə, Hunanyan 1992-ci ildə qanun pozuntusuna görə partiyadan çıxarılmış[13] və o vaxtdan bəri EİF ilə heç bir əlaqəsi qalmamışdı.[10] EİF-nin terror aktında iştirak etməsi ilə bağlı bəzi fərziyyələr səsləndirilmişdi. 2000-ci ildə Aşot Manuçaryan "Bir sıra Daşnaksütyun partiyası liderlərinin Amerikanın xarici siyasətinin maraqlarına uyğun hərəkət etməsindən" çox narahat olduğunu bildirib.[55]

Nəticələri redaktə

Bir neçə həftə ərzində ermənilər sükut içində yas tutdular, lakin onların kədərlərindən inanılmaz bir nəzəriyyə inkişaf etməyə başladı. Qətl keçmir jurnalist, terror aktının başçısı Nairi Hunanyan tərəfindən edilmiş, lakin bu qədərini bilmək ictimaiyyət üçün bəs deyildi. Fakt budur ki, baş nazir Sarkisyan və spiker Dəmirçyan bu yaxınlarda parlamentdə demokratik islahatlar üçün ittifaq yaratmışdılar və onlar yalnız bir gün prezidentə etiraz etmək üçün mənbə və populyarlıqlarından istifadə edən adamlar idilər. Əlbəttə ki, Robert Köçəryanın erməni xalqına qarşı törədilmiş bu dəhşətli cinayətdə iştirakçısı olduğuna dair faktiki sübutlar yox idi, lakin onun qətliamdan qəti bir şəkildə çıxdığı aydın idi
Amerikalı erməni jurnalist Qarin Hovanissianın hücumun nəticəsi haqqında dedikləri.[57]

İyunun əvvəlindən 1999-cu ilin oktyabr ayının sonuna qədər Ermənistandakı siyasi sistem hərbi, qanunverici və icra hakimiyyətlərinə nəzarət edən Dəmirçyan-Sarkisyan tandeminə əsaslanırdı. Onların sui-qəsdi ölkədəki siyasi tarazlığı pozdu və Ermənistanın siyasi arenası aylarla axsaq vəziyyətdə qaldı.[58] Sui-qəsd Ermənistanın beynəlxalq nüfuzuna zərbə vurdu, nəticədə xarici sərmayə azaldı.[59] Sarkisyan və Dəmirçyanın "de-fakto ikili komandanlığı" prezident Robert Köçəryana verildi.[60]

Ermənistan Xalq Partiyasından Aram Xaçatryan parlamentin spikeri, Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan isə Baş nazir təyin edildi.[61] Lakin Aram Sarkisyan 2000-ci ilin mayında Sarkisyanın kabineti ilə "işləməməsi" səbəbindən prezident Köçəryan tərəfindən vəzifəsindən azad edildi. Respublikaçı Partiyasının lideri Andranik Marqaryan 12 may 2000-ci ildə onun yerinə Baş nazir vəzifəsinə gətirildi.[61]

Köçəryan Birlik bloku tərəfindən idarə olunan parlamentin onu ittiham etməsinin qarşısını uğurla aldı[58] və tədricən ətrafındakı hakimiyyəti möhkəmləndirdi.[62] 2002-ci ilin avqust ayında keçirilən sorğu nəticələri ən azı üç başqa siyasətçinin (Stepan Demirchyan, Artaşes Gehamyan, Levon Ter-Petrosyan) ondan daha çox dəstəyə sahib olduğunu göstərdi.[58] 2009-cu ildə İrs millət vəkili və öldürülmüş Milli Məclis sədrinin müavini Yuri Baxşyanın həyat yoldaşı Anahit Baxşyan, "Robert Köçəryan 27 oktyabr 1999-cu il terror aktından daha çox totalitar bir rejimə doğru addım atmaq üçün istifadə etdi".[63] İnsan İnkişafı Hesabatı 2000-ci ildə yazdı ki, "27 Oktyabr hadisələri ölkədəki vəziyyətə bütün aspektlərdə mənfi təsir göstərdi və bunun nəticələri uzun müddət iqtisadi, siyasi və sosial sahələrdə hiss ediləcək" və qurum insan inkişaf indeksinin daha da azalacağını proqnozlaşdırdı.[64]

Məsələylə bağlı daha sonra baş verənlər redaktə

27 oktyabr 2009-cu il tarixində Milli Məclis parkında abidə qoyuldu. Açılış mərasimi zamanı iki ən böyük zərərçəkmişdən biri Karen Dəmirçyanın oğlu Stepan Dəmirçyan, "Mövcud hakimiyyət iqtidar olduğu müddətdə məsələylə bağlı tam bir açıqlama almaq mümkün deyil. Ancaq gec-tez reallıq bilinəcək. Bu, dövlətçiliyimizin ləyaqətinə aid bir məsələdir. Yalnız bütün hər şeyin ortaya çıxması halında 27 oktyabr hadisələrinin mənfi nəticələrini aradan qaldıra biləcəyik. "[65]

Qeydlər redaktə

  1. "Aralarında Ermənistanın ən populyar müxalifət liderlərindən ikisi də daxil olmaqla, öldürülən məmurların bəzi qohumları və dostları Köçəryanın qətllərdə əli olduğundan şübhələndilər və onu ədalətə təmin etməməkdə açıq şəkildə ittiham etdilər. Köçəryan və tərəfdarları həmişə ittihamları rədd etdilər."[39] "Bu, Ermənistan hökumətini ciddi qarışıqlığa sövq etdi. Hökumət fraksiyaları Köçəryan və sonra Milli Təhlükəsizlik naziri Serj Sarkisyan getdikcə daha güclü rəqibləri aradan qaldırmaqda şübhəli bilinən məmurlara sadiq qaldılar.""[46]

İstinadlar redaktə

  1. Grigorian, Mark. "Divining The True Motives Of The Calm Killers Of Vazgen Sarkisian". Institute for War and Peace Reporting. 29 oktyabr 1999. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26. In fact it seemed hard to discern any clear political objective in the attack beyond the immediate wish to kill Sarkisian...
  2. 2,0 2,1 2,2 2,3 "Attack in Armenia". PBS. 27 oktyabr 1999. 2013-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  3. 3,0 3,1 3,2 Mulvey, Stephen. "Killers lacked coherent goals". BBC News. 28 oktyabr 1999. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  4. 4,0 4,1 "Parliament Gunmen Jailed for Life". Asbarez. 2 dekabr 2003. 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2013.
  5. Coalson, Robert; Tamrazian, Harry. "Ten Years Later, Deadly Shooting In Armenian Parliament Still Echoes". Radio Free Europe/Radio Liberty. 27 oktyabr 2009. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26. The brazen act of political terrorism ...
  6. Ovanisyan, Lilit. "Armenian MPs commemorate victims of 1999 terror act committed at National Assembly". Caucasian Knot. 27 oktyabr 2011. 25 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2014.
  7. "National Hero of Armenia". The Office to the President of the Republic of Armenia. 2015-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 Wines, Michael. "Prime Minister and Others Slain in Armenian Siege". New York Times. 28 oktyabr 1999. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  9. 9,0 9,1 9,2 9,3 Dixon, Robyn. "Gunmen Kill Premier in Armenian Attack". Los Angeles Times. 28 oktyabr 1999. 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  10. 10,0 10,1 10,2 "Key Armenian leaders assassinated". The Jamestown Foundation. 28 oktyabr 1999. 16 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2013.
  11. 11,0 11,1 11,2 Wines, Michael. "3 Charged in Armenia Parliament Seizure". New York Times. 29 oktyabr 1999. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2013.
  12. "Armenian commemorating victims of act of terrorism October 27, 1999". PanARMENIAN.Net. 27 oktyabr 2003. January 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2019.
  13. 13,0 13,1 13,2 "Vazgen Sargsyan Karen Demirchian Killed in Gunmen Raid on Parliament". Asbarez. 27 oktyabr 1999. 2013-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  14. Jeffery, Simon. "Armenian prime minister killed in 'coup bid'". The Guardian. 27 oktyabr 1999. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  15. 15,0 15,1 15,2 "Hostage stand-off in Armenian parliament". BBC News. 27 oktyabr 1999. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  16. 16,0 16,1 16,2 16,3 16,4 16,5 Demourian, Avet. "Gunmen Take Over Armenian Parliament; Premier Killed". Associated Press. 27 oktyabr 1999. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  17. 17,0 17,1 "Armenia's prime minister killed in parliament shooting". CNN. 27 oktyabr 1999. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  18. Aivakian, Gagik; Tatevosian, Ara. "Murder In The Parliament – The Consequences". Institute for War and Peace Reporting. 29 oktyabr 1999. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  19. Magdashian, Petya. "Terror in parliament". San Francisco Chronicle. 27 oktyabr 1999. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  20. Wines, Michael. "Assassination in Armenia". New York Times. 31 oktyabr 1999. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  21. 21,0 21,1 21,2 Karatnycky, Adrian. Freedom in the World: The Annual Survey of Political Rights and Civil Liberties, 2000–2001. Transaction Publishers. 2001. 59–60. ISBN 978-1-4128-5008-7.
  22. "Armenia gunmen charged". BBC News. 1 noyabr 1999. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  23. "Armenia in Crisis". The Estimate. 5 noyabr 1999. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  24. "Gunmen Free Hostages Surrender; Three Day Mourning Period Announced by President". Asbarez. 28 oktyabr 1999. 2013-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  25. "In pictures: Armenia's grief". BBC News. 30 oktyabr 1999. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  26. "Sargsyan Demirchian Others Laid to Rest; President Calls Emergency Parliament Session". Asbarez. 1 noyabr 1999. 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  27. Manoogian Simone, Louise. "Tragedy in Armenia". AGBU News Magazine. 1 noyabr 1999. 2013-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-26.
  28. "Public Says Oct. 27 Events Is A Crime Against Statehood". Asbarez. 3 noyabr 1999. 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2014.
  29. Downer, Alexander. "Assassination of Armenian Prime Minister". Australian Minister for Foreign Affairs. 28 oktyabr 1999. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2013.
  30. 30,0 30,1 30,2 "International Figures Offer Condolences". Asbarez. 2 noyabr 1999. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  31. 31,0 31,1 31,2 31,3 "World leaders condemn Armenia killing". BBC News. 27 oktyabr 1999. 22 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2013.
  32. "U.S. appalled by Armenia parliament shootings". CNN. 27 oktyabr 1999. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  33. "House Votes to Condemn Parliament Attack". Asbarez. 18 noyabr 1999. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.
  34. "Prosecutor Says Oct. 27 Terrorism Was Guided By Unknown Forces". Asbarez. 30 oktyabr 2000. 2013-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2013.
  35. "Armenia: Investigators Continue Inquiry Into Parliament Attack". RFE/RL. 9 dekabr 1999. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2013.
  36. 36,0 36,1 Karatnycky, Adrian. Freedom in the World: The Annual Survey of Political Rights and Civil Liberties, 2000–2001. Transaction Publishers. 2001. səh. 58. ISBN 978-1-4128-5008-7.
  37. "October 27 Case Sent to Court". Asbarez. 12 iyul 2000. 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2013.
  38. "October 27 Trial Begins". Asbarez. 15 fevral 2001. 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2013.
  39. 39,0 39,1 39,2 Stepanian, Ruzanna. "Armenian Officials Deny Russian Role In 1999 Parliament Carnage". Radio Free Europe/Radio Liberty. 4 may 2005. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2013.
  40. Human Rights Watch. Democracy on Rocky Ground: Armenia's Disputed 2008 Presidential Election, Post-election Violence, and the One-sided Pursuit of Accountability. New York. 2009. səh. 8. ISBN 978-1-56432-444-3.
  41. de Waal, Thomas. The Caucasus: An Introduction. Oxford University Press. 2010. səh. 128. ISBN 978-0-19-974620-0.
  42. Harutyunyan, Tatev. ""Դա եղել է սպանություն, ոչ թե հեղաշրջում". Կ. Դեմիրճյանի այրին՝ հոկտեմբերի 27-մասին [Karen Demirchyan's widow: It was an assassination, not a coup]". Aravot (erməni). 16 aprel 2013. 26 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2013.
  43. Kaeter, Margaret. The Caucasian republics. New York: Facts On File. 2004. 43–44. ISBN 978-0-8160-5268-4. Many Armenians believe the shootings were the result of a conspiracy, in which Kocharian was involved. They note that some of Kocharian's main political rivals at the time were among those killed.
  44. Zürcher, Christoph. The post-Soviet wars: rebellion, ethnic conflict, and nationhood in the Caucasus. New York: New York University Press. 2007. səh. 173. ISBN 978-0-8147-9709-9. He [Kocharian] is rumored to have been behind the gunning down of several of his opponents on the floor of the parliament in 1999.
  45. "Robert Kocharian". New Internationalist (396). dekabr 2006. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014. Many Armenians continue to believe that Kocharian was responsible for the assassinations.
  46. 46,0 46,1 46,2 Martirosian, Anush; Meloyan, Ruben. "Armenia Marks Parliament Attack Anniversary". RFE/RL. 28 oktyabr 2009. 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2013.
  47. "Բազմաթիվ հարցականները մնացին օդից կախված [Many questions remain unanswered]". A1plus (erməni). 5 mart 2013. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2013.
  48. "Armenia: Parliament Massacre Still A Mystery Three Years Later". RFE/RL. 28 oktyabr 2002. 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2013. The Miasnutiun victory significantly limited President Robert Kocharian's powers, with Sarkisian increasingly emerging as Armenia's most powerful man.
  49. Список киллеров ФСБ [List of FSB killers]. Реальный Азербайджан (Realniy Azerbaijan) (rus). 29 aprel 2005. 4 noyabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2009.
  50. "Shooting of the Armenian Parliament was organized by Russian special services". Azg Daily. 3 may 2005. Archived from the original on 6 aprel 2010. İstifadə tarixi: 6 aprel 2010. (Freezepage.com səhifəsində)
  51. Monaghan, Andrew; Plater Zyberk, Henry. Misunderstanding Russia: Alexander Litvinenko // The UK & Russia — A Troubled Relationship Part I (PDF). Conflict Studies Research Centre of the Defence Academy of the United Kingdom. 22 may 2007. səh. 10. ISBN 978-1-905962-15-0. 1 sentyabr 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2010. (11 may 2013) "Litvinenko had also blamed the Russian special services for shootings in the Armenian parliament in 1999, concluding that, as a result, "Russia's political leadership managed to prevent the signing of a peace agreement resolving the Nagorno-Karabakh conflict". Again, he provided no evidence to back up his accusation."
  52. "Russian embassy denies special services' part in Armenian parliament shooting". Information Telegraph Agency of Russia. 12 may 2005. İstifadə tarixi: 6 aprel 2010.
  53. "Ո՞վ պետք է սպանվեր Հոկտեմբերի 27-ին [Who was to be killed on October 27?]" (erməni). A1plus. 27 oktyabr 2012. 16 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2013.
  54. "Այդ մարդը Շիրխանյա՞նն էր [Was Vahan Shirkhanyan that person?]" (erməni). A1plus. 7 may 2013. 15 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2013.
  55. 55,0 55,1 "Before October 27, 1999 Armenian representatives were warned from the outside about a terrorist attack, declares the Armenian politician". PanARMENIAN.Net. 18 oktyabr 2000. October 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2013.
  56. "Analysts baffled by shooting". BBC News. 27 oktyabr 1999. 16 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2013. He became the most powerful politician in the country long before he won the parliamentary elections in May
  57. Hovannisian, Garin K. Family of Shadows: A Century of Murder, Memory, and the Armenian American Dream. New York: Harper. 2010. səh. 203. ISBN 0-06-179208-X.
  58. 58,0 58,1 58,2 Eastern Europe, Russia and Central Asia: 2003. Taylor & Francis. 2002. 79–80. ISBN 978-1-85743-137-7.
  59. Ugurlayan, Anahid M. "Armenia: Privatization and Foreign Direct Investment in a Climate of Political and Economic Instability". Loyola Marymount University and Loyola Law School. 5 yanvar 2001. səh. 430. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2013. The assassinations directly impacted foreign investment, which dropped 92.2% from 1998 to 1999.
  60. Petrosyan, David. "The Political System of Armenia: Form and Content" (PDF). Caucasus Analytical Digest. Center for Security Studies (CSS), ETH Zurich; Jefferson Institute, Washington D.C.; Heinrich Böll Foundation, Tbilisi; Research Centre for East European Studies, University of Bremen (17). 2010: 8. 23 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 may 2013.
  61. 61,0 61,1 The Europa World yearbook 2004 (45th). London: Taylor & Francis Group. 2004. səh. 554. ISBN 978-1-85743-254-1.
  62. "Armenia: Mystery Still Surrounds Armenian Parliament Slaughter". Radio Free Europe/Radio Liberty. 27 oktyabr 2000. 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2013.
  63. "October 27 terrorism act – major blow on Armenia's international prestige". PanARMENIAN.Net. 27 oktyabr 2009. 27 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2013.
  64. "Human Rights and Human Development Action for Progress Armenia 2000" (PDF). Human Development Report. səh. 15. 23 May 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 may 2013.
  65. "October 27: Memorial is installed, victims are remembered". ArmeniaNow. 27 oktyabr 2009. 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2013.

Xariçi keçidlər redaktə


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023