Etibar Əliyev (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia

Etibar Əliyev (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Etibar Əliyev (milli qəhrəman)

milli qəhrəman

Etibar Əliyev (11 iyul 1955, Lənkəran23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Etibar Əliyev
Etibar Böyükağa oğlu Əliyev
Doğum tarixi 11 iyul 1955(1955-07-11)
Doğum yeri
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Mükafatları "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur.[1] Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.

Ailəsi redaktə

Ailəli idi. İki qızı yadigar qalıb.

Xatirəsi redaktə

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Adına Lənkəran şəhərində küçə var. Şəhərin "23 Avqust" meydanında büstü qoyulub.

İstinadlar redaktə

  1. ARB 24. "Milli Qəhrəman Etibar Əliyevin doğum günüdür" (az.). Youtube.com. 11.07.2018. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024