Etibar Quliyev Haqqinda Melumat - Vikipedia

Etibar Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Etibar Quliyev"Azərbaycan Bayrağı" ordeni təltifçisi; Birinci Qarabağ müharibəsi şəhidi.

Etibar Quliyev
Quliyev Etibar Möhübbət oğlu
Doğum tarixi
Doğum yeri Merdinli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Beyləqan rayonu Cərcis peyğəmbərin ziyarətgahı, şəhidlər xiyabanı.
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Həyatı redaktə

22 aprel 1974-cü ildə Füzuli rayonunun Merdinli kəndində doğulmuşdur. 1980-1988-ci illərdə Merdinli kənd orta mərktəbində təhsil alıb. Könüllü müraciətlə 1994-cü ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə cəlb edilib. Beyləqan rayonunda Cərcis peyğəmbərin ziyarətgahının ətrafındakı şəhidlər xiyabanında dəfn edilib.

Döyüşlərdə iştirakı redaktə

1994-cü ilin əvvəlində könüllü olaraq cəbhəyə yollanır. Tərtər və digər rayonlara aid yaşayış məntəqələrinin müdafiəsində qəhrəmancasına iştirak edir. Döyüş yoldaşlarının məlumatına əsasən, cəbhənin Tərtər istiqamətində bir erməni tankı naməlum trayektoriyalarla hərəkət edir, bəlli hədəfləri vurduqdan sonra gizlənir, kamuflyaj olurdu. Həmin tankın fəaliyyəti nəticəsində dostunu itirən Etibar onun intiqamını alacağına söz verir. Komandirdən çətinliklə icazə aldıqdan sonra erməni tankının yerini öyrənməyə başlayır. Diqqətli müşahidələri nəticəsində tankın yerini təyin etmiş Etibar 6 may 1994-cü ildə qumbaraatandan atəş açmaqla tankı zərərsizləşdirmiş, həmçinin tank ekipajı daxil olmaqla təxminən 30-a yaxın düşməni öldürmüşdü. Sevinc hissi ilə geriyə qayıdan Etibar tankın vurulması nəticəsində yaralanmış erməni əsgərinin açdığı atəşlə şəhid olub.

Ailəsi redaktə

Subay idi.

Mükafatları redaktə

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı il tarixli 1527 saylı Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif verilmişdir.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə


Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024