Etnik azlıq Haqqinda Melumat - Vikipedia

Etnik azlıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azlıqlar

(Etnik azlıq səhifəsindən istiqamətləndirilmişdir)

Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər.

Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024