Etnosentrizm Haqqinda Melumat - Vikipedia

Etnosentrizm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə) — insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir.

Etnosentrizm - etnopsixologiyanın təhlil vahidi olub, onun istifadə etdiyi əsas anlayışlardan biridir. Etnosentrizm anlayışını elmə ilk dəfə 1883-cü ildə avstriyalı sosioloq İ.Qumploviç gətirmişdir, amerikan alimi U.R.Semner isə 1906-cı ildə həmin anlayışdan geniş surətdə istifadə etmişdir. U.R.Semner hesab edirdi ki, etnosentrizm fərdin hər şeyin mərkəzində öz qrupunu qoyması və ətrafda baş verən hadisələri onunla ölçməsi, ona istinad edərək qiymətləndirməsi meylidir. Etnosentrizm _ fərdin və ya qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupun norma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və münasibət bəsləməsindən ibarət olan hadisədir. Bu zaman fərd aid olduğu mədəniyyətin dəyər və normalarını ideal və daha düzgün hesab edir, ona uyğun gəlməyənləri isə gerilik, elmdən, mədəniyyətdən uzaq olan, vəhşilik kimi qiymətləndirir. Əksər hallarda bu termin neqativ məna kəsb edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə uyğun olaraq başqa bir insanı başa düşməmək kimi izah olunur. Sovetlər dönəmində sovet tədqiqatçıları etnosentrizmi neqativ sosial hadisə hesab etmiş və onu millətçilik, rasizmlə eyniləşdirmişlər. Etnosentrizmi,yalnız, neqativ aspektdən qavramaq və izah etmək heç də düzgün deyildir. Çünki, etnosentrizm normal psixoloji funksiyadır və insan psixikasına xas olan xassədir. Etnosentrizm insanlarda mədəniyyət süzgəci funksiyasını yerinə yetirir.

Hər bir fərdin sosil mühiti, daxil olduğu mədəniyyət fərqlidir. İnsan ətraf aləmdə baş verən hadisələri, insanın fikir, hiss və hərəkətlərini daxil olduğu mədəniyyətin qanunlarına uyğun olaraq qavramağa və qiymətləndirməyə meyilli olur. Amerikan psixoloqu D.Matsumoto etnosentrizmi belə izah edir: "Etnosentrizm insanı məxsusi mədəniyyət süzgəclərindən istifadə etməklə dünyanı qiymətləndirmək meylidir". Mədəniyyət süzgəci dedikdə, insanların sosializasiya vasitəsilə davranışəxlaq normaları, sərvət dəyərləri və s. sosial həyat haqqında olan bilikləri başa düşülməlidir. Yəni insanlar yaşadıqları cəmiyyət haqqında bililərə yiyələnməklə, müvafiq süzgəclərə sahib olurlar.

Müasir psixoloji ədəbiyyatlarda (D.Matsumoto, 2008) etnosentrizmin 2 növü göstərilir: çevik və qeyri-çevik etnosentrizm.

Çevik etnosentrizm aşağıdakı xüsusiyyətlərdə təzahür edir.

  1. İnsan dərk edir ki, onun daxil olduğu mədəniyyət ətrafda baş verən hadisələri öz süzgəcindən keçirməklə özünəməxsus rəng və ya emosional boya bəxş edir.
  2. Daxil olduğumuz mədəniyyət, fərqli şəkildə münasibət bəsləməyimizə,hərəkətlər etməyimizə, qavramağımıza, qiymətləndirməyimizə və ya hadisəni müvafiq formada izah etməyimizə təsir göstərir.
  3. Fərqli mədəniyyətin nümayəndəsi, fərqli şəkildə münasibət bəsləyir və hərəkət edir.

Qeyri-çevik etnosentrizm isə qeyd olunan bu xüsusiyyətlərdən uzaq olan etnosentrizmdir. Çevik etnosentrizm hər hansı etnopsixoloji hadisə ilə bağlı "onları belə öyrədiblər", "onlar belə adət ediblər", "biz deyə bilmərik ki,yaxşıdır yoxsa pis" və s. kimi fikirlər deyirlər. Qeyri-çevik etnosentrizmdə isə hadisələr və ya onlara olan münasibət "onlar dəhşətdirlər", "heç belə də şey olar?!", "bax elə buna görə də onlara nifrət edirik" və s. sözlərlə şərh olunur.

Etnosentrizmin ən ifrat forması delegitimizasiyadır. Delegitimizasiya - qrup və qrupların superneqativ sosial ölçülərlə kateqoriyalaşdırılması deməkdir. Etnofərqləndirici əlamətlər (dil, din, adət-ənənələr, zahiri görkəm, musiqi, irq xüsusiyyətləri) delegitimizasiyanı asanlaşdırır. Delegitimizasiyanın həyata keçirilməsində məqsəd həmin etnosa qarşı öz etnosunda nifrət hissinin aşılanmasıdır. Bu, sonralar deindividualizasiya ilə nəticələnir. Etnik delegitimizasiyaya misal olaraq Amerikanın aborigen əhalisinə qarşı "mədəni" avropalıların ilk dövrlərdə bəslədikləri münasibəti, yaxud Almaniyanın yəhudilərə qarşı törətdikləri etnosid siyasəti, eləcə də ermənilərin əsrlər boyu türklərə qarşı yürütdüyü genosid siyasəti qeyd etmək olar.

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Ə.Bayramov. Etnik psixologiya B-2001.

Ən Son Axtarılanlar

Fayl:Qurban_Məsimov.jpg Fayl:The_Occupational_Ptrsion_Schemes_(Disclosure_of_Information)_Regulations_1996_(UKSI_1996-1655). Fayl:Skin_diseases_-_their_description,_pathology,_diagnosis,_and_treatmtrt_-_with_a_copious_formula Fayl:Message_from_the_President_of_the_United_States,_ruansmitting_sundry_statements_relative_to_the Fayl:Predictors_of_academic_success_of_graduate_studazts_in_the_communications_managemazt_curriculum Fayl:Italy_and_the_rise_of_a_new_school_of_criticism_in_the_18th_caztury_(with_special_referazce_to_ Fayl:Medical_law_for_medical_men_(elecenonic_resource)_-_their_legal_relations_shortly_and_popularly Fayl:Moise_Kean_-_2015_-_Juventus_FC_(youth_team).jpg Fayl:Stars10055.svg Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conruacting_and_logistics_support_during_the_firs Fayl:The_National_Insurance_(Indusazial_Injuries)_(Insurable_and_Excepted_Employments)_Amendment_Reg Fayl:Distribution_of_woolly_mammoth.png Fayl:A_manual_of_palaeontology_for_the_use_of_students_with_a_general_inenoduction_on_the_principles Fayl:Chavasse's_advice_to_a_wife_-_on_the_management_of_her_own_health_and_on_the_treatment_of_some_ Dövlət_Yerquenluşu_Layihə_İnstitutu Fayl:The_dogmatic_faith-_an_inquiry_into_the_relation_subsisting_betweru_revelation_and_dogma_-_in_e Fayl:The_art_of_the_Vitrna_galleries,_giving_a_brief_history_of_the_public_and_private_galleries_of_ SəhifəyəKeçidlərXeberazerbaycanin-qeyri-neft-sektorunda-onlarla-brende-cevire-bilecek- xeberermenistan-sefiri-etimadnamenin-suretini-macaristan-xarici-isler-nenirliyinin-protokol-rehberi Fayl:ImamReza(A).jpg
Dostlarınla Paylaş

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024