Eucalyptus cinerea Haqqinda Melumat - Vikipedia

Eucalyptus cinerea Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Külvari evkalipt

(Eucalyptus cinerea səhifəsindən istiqamətləndirilmişdir)

Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Külvari evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir.

Botaniki təsviri redaktə

Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır. Uzunluğu 10-13 sm, eni isə 2,5 sm qədər olur. Çiçəkləri ikicinsli, erkəkcikləri çoxsaylı, dişiciyi birdir. Çiçək qrupu çətirvari, yarpaq qoltuğunda, 3-6 çiçəkli, çətirin saplağı silindrvari, uzunluğu 4–9 mm, qönçələri oturaq, bəzən sancaqvari olub, bozumtul rəngli, uzunluğu 10 mm, 6 mm, konusvari qapaqcığı vardır, çiçək yatağının saplağından qısadır. Meyvələri oturaq, şarvari və ya enli armudvari, 6–10 mm uzunluqda, 7–10 mm enindədir.

Ekologiyası redaktə

Bitki zədələnmədən qısa müddətli soyuqlara (-11-130C) dözür. Torpağın nəmişliyinə və məhsuldarlığına orta miqdarda tələbkar, duzluluğa və əhəngin olmasına mənfi reaksiya verir. Bataqlıq torpaqlarda normal böyüyüb inkişaf etmir.

Azərbaycanda yayılması redaktə

Lənkəran və Bakıda mədəni şəraitdə becərilir.

İstifadəsi redaktə

Dermatologiya və kosmetikada evkalipt yağı antiseptik vasitə kimi tətbiq edilir. Parklarda, yol kənarında və qrup əkinlərində istifadə edilə bilər.

Ədəbiyyat redaktə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  1. Australian Plant Name Index (ing.).

Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024