Eysay Haqqinda Melumat - Vikipedia

Eysay Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Eysay (栄西?, 27 may 1141 və ya 15 dekabr 1141[1], Kaya rayonu[d]2 iyul 1215, Kennin məbədi[d])yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır.

Eysay
yap. 栄西
Doğum tarixi 27 may 1141 və ya 15 dekabr 1141(1141-12-15)[1]
Doğum yeri
Vəfat tarixi 2 iyul 1215
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti bhikşu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Zen buddizmi redaktə

Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur.[3] Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır.[3] 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir.[3] Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür.[3] 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir.[3] 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir.[3] Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir.[3] Eysay Zen buddizminin digər buddizm təlimlərindən üstün olduğunu elan etməsi Tenday rahiblərinin xoşuna gəlməmiş və onlar yeni sektanı qanunsuz hesab etmişdilər.[3] Lakin şoqun Minamoto Yoriie onu qorumuş və 1202-ci ildə Eysaya Kiotada yerləşən Kennin məbədinin idarəetməsi verilmişdir.[3] Sayço və qismən Niçiren kimi Eysay da bu buddizmi milli rifahla əlaqələndirmiş və "Ölkəni qorumaq üçün Zenin təbliği" (興禅護国論, Kozen qokokuron?) adlı traktatla yaymışdır.[4] Lakin Eysay tez-tez Tenday və Şinqon sektaları ilə üzləşməli olmuşdur.[4] Eysay həmin sektalarla əldə etdiyi razılaşmalar əsasında Kennin məbədini qismən Zen məbədinə çevirmiş, Tenday və Şinqon sektalarının ibadəti üçün də yerlər ayırmışdır.[4] Ölümündən öncə hökumətin sifarişi Kamakurada ölkənin üçüncü Zen məbədi olan Cufuku məbədini tikdirmişdir və hərbi zümrənin Zenlə yaxın münasibəti bu dövrdən başlamışdır.[4]

Çay redaktə

Çay ilk dəfə 800-ci ildə buddist keşişlər tərəfindən Çindən Yaponiyaya gətirilsə də, Eysayın dövrünə qədər Yaponiyada çayçılıq geniş yayılmamışdı.[4] 1191-ci ildə Çindən qayıdan Eysay özü ilə gətirdiyi çay toxumlarını Kiotoda əkmişdir.[4] 1214-cü ildə yazdığı "Sağlam və uzunömürlü olmaq üçün çay içmək" (Kissa Yocoki) əsərində çayın əhəmiyyətindən söhbət açmışdır.[4] Çay Zen mediasiyası üçün əhəmiyyətli əlavə idi, çünki yuxululuğa qarşı kömək edirdi.[4]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Encyclopedia of World Biography (5-ci cild) (ingiliscə). Gale. 1998. ISBN 0-7876-2545-0. (#accessdate_missing_url)

Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024