Ezoterika Haqqinda Melumat - Vikipedia

Ezoterika Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ezoterika — özünü kəşf etmək, həyatın mahiyyətini yaxından dərk etmək, insanın gizli imkanlarını və kainatın sirlərini dərk etməyin bir yolud. Ezoterik anlayışları 6 böyük qrupa bölmək olar:

1. Düşüncələrini idarə etmək - Düşüncə insan beyninin tikinti materialıdır. İnsan beyni düşünərək formalaşır. Bir gündə beynimizdən 70 min fərqli düşüncə keçir. Seçilən və üzərində diqqət toplanan düşüncə güc qazanır və insanı idarə edir. Düşüncələri idarə etməsək onlar bizi idarə edər və bu da fəsada yol açar.

2. Duyğularını idarə etmək - 20-yə yaxın duyğu mövcuddur. Əsas 4 duyğu var: qorxu, qəzəb, sevinc və kədər. Qalan duyğuları isə bu dörd duyğuların alt qruplarına daxıldır. Duyğularını və düşüncələrini idarə edə bilən insan öz taleyinin sahibidir.

3. Öz enerjisini idarə etmək - enerjinin düzgün istifadə edilməsi, bərpası, aktiv edilməsi, qorunması, axım istiqamətinin dəyişdrilməsi. İnsanın sahib olduğu enerjinin istiqaməti yoxdur. Enerjimizə istiqamət verməliyik. Enerjimiz bilərək və ya bilməyərək etdiyimiz seçim istiqamətində, diqqətimizin toplandığı istiqamətə yönəlir.

4. Arzularını idarə etmək - insan bir şey istədiyi zaman, bunu nə üçün istədiyini dərin analiz etməlidir. Axmaq və səfeh arzular insan həyatını uçruma aparır.

5. Yuxu görməni idarə etmək - yuxu görmə insan həyatı üçün vacib amillərdən biridir. Yuxuda oyaq olmaq və yuxunu idarə etmək ancaq təcrübəli və aydınlanmış bir ezoterik tərəfindən həyata keçrilə bilər.

6. Reallığı idarə etmək - 5 duyğu hissi ilə qavradığımız dünya yeganə dünya deyil. Başqa reallıqlar da var. Lakin insan vərdiş etdiyi qavrayış ilə bu reallıqları nə görə, nə də dərk edə bilir. Bir ezoterik istədiyi vaxt öz dünyasını dayandırıb başqa aləmə yolçuluq edə bilir. İbadət və meditasiya kimi bir çox vasitə insan düşüncələrini, duyğularını, mühakimə mexanizmasını, dəyərləndirmə mexanizmasını kontor altına alıb diqqəti başqa reallığa yönləndirməyə kömək edir.

Bu gizli biliklərə və güclərə söykənən xüsusi maddələrin, sehrlərin və ritualların köməyi ilə reallığı manipulyasiya edən bir fövqəladə bir sənətdir. Sehr kimi təsnif edilən təcrübə, əslində, bəzi insanların tarixi inkişaflarında fərqli nöqtələrə yapışdıqları bir cəhət və ya dünyagörüşün əksini ifadə edir. Beləliklə, sehr, din və elm kimi, ortaq bir mədəniyyətin və dünyanı anlamağın bir hissəsidir.

Aydınlanmış redaktə

Maarifləndirmə (oyanış) "aydınlıq, təmiz şüur vəziyyəti, gerçəkliyin mahiyyəti haqqında vahid və tam məlumatlılıq" mənasını verən bir anlayışdır. Eqonun dağıldığı yəni illüziyanın yox olduğu tam düşüncə vəziyyətidir. Bu ətrafdakıların hamısı ilə birlik vəziyyətinə gətirir. Aydınlanma əqli fəaliyyətin səhvliyini başa düşməklə əldə edilir, bunun nəticəsində şüur ​​bədəni və ağlı ilə eyniləşdirilir. Bu şəkildə şüur ​​illüziyalardan azad olur və saf şahid olur.

Mənbə redaktə

https://www.kitabyurdu.org/kitab/felsefe/1925-poznay-samogo-sebya.html


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023