Fələqqə Haqqinda Melumat - Vikipedia

Fələqqə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fələqqə (fars. فلک‎, türk. falaka) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İrandaTürkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi.

Bakı şəhərində yerləşən tatar (Azərbaycan) məktəbində şagirdlərin cəzalandırılması. (Bakı, 1896)

Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır.

Fələqqə cəzası

Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi.[1].

Tarixi redaktə

Fələqqə vasitəsi ilə cəza ilk dəfə ərəblər arasında X əsrdə yaranmışdır. İrana monqollar tərəfindən XIV əsrdə gəlmişdir. Avropalılar ilk dəfə bu cəza növü ilə XVI əsrdə tanış olublar.[2].

İstinadlar redaktə

  1. "As Iraq's top Olympic official, Uday Hussein is accused of - 03.24.03 - SI Vault". 2013-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-14.
  2. Darius Rejali, Torture and Democracy Arxivləşdirilib 2022-01-12 at the Wayback Machine, Princeton University Press, 2009.

Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024