Fəlakət diplomatiyası Haqqinda Melumat - Vikipedia

Fəlakət diplomatiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fəlakət diplomatiyası

Fəlakət diplomatiyası[1][2][3][4][5][6]quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyasıvulkan diplomatiyası kimi anlayışları birləşdirən[7] inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır.[8]

Quraqlıq diplomatiyası redaktə

Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır.[9] O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı.[10]

Zəlzələ diplomatiyası redaktə

Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş.[11]

2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş.[12]

Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi. 2020-ci ilin zəlzələsidən sonra, gözləmələrə baxmıyaraq, isə bu cür yaxınlaşma müşahidə olunmamış.[13]

2023-cü ildə Türkiyə və Suriyada baş vermiş zəlzələdən sonra Yunanıstan Türkiyəyə yardımını təklif etmiş ilk ölkə olub.[14][15][16][17]

Həm 1999-cu, həm də 2023-cü ildə İsrail Türkiyəyə yardım göndərən ölkələrin arasında idi. Halbuki, The Jerusalem Post üçün yazan Herb Keinon qeyd edir ki, 1999-cu ilin nümunəsi fəlakət diplomatiyasının siyasi təsiri qısa ömürlü olduğunu göstərir. Bundan başqa, məqalədə yazıldığına görə, 2023-cü ilin zəlzələsindən sonra İsrail bəyan edib ki, Suriyadan çağırış gəlsə, yardım göndəriləcəkdir. Baş Nazir Benyamin Netanyahu sözlərinə görə, bu cür çağırış baş vermişdi. Lakin, Suriya KİV-ləri bunu tez inkar edib.

2023-cü ildə Türkiyə ilə mənfi münasibətlər tarixi olan və ona yardım göndərən ölkələrin arasında Ermənistan da olub.[18] Bunun üçün 1993-cü ildən bəri bağlı olan iki dövlət arasındaki sərhəd ilk dəfə açılıb. Daha sonra Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Türkiyəyə səfər edərək, Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. İki tərəf zəlzələnin nəticələrini və Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasını müzakirə edi,[19] onların arasında Ani körpüsünün bərpası ilə bağlı qərar verdilər.

Güney Yılmaz qeyd erdir ki, Türkiyə və Ermənistan arasında normallaşma artıq İkinci Qarabağ müharibəsindən sonra başlamışdı. Və o, iki tərəfin açıqlamaları arasında hələ də əvvəlki fərqlərinin mövcudluğunu vurğulayır. Ermənistan tərəfindən fərqli olaraq, Türkiyə tərəfi Ermənistanla münasibətlərinin normallaşmasını hələ də Azərbaycanla bağlayır.[13]

Tibbi diplomatiya redaktə

border=none  Əsas məqalə: Tibbi diplomatiya

Tsunami diplomatiyası redaktə

2004-cü ilin dekabrın 26-da Hind okeanıda baş vermiş zəlzələyə görə qalxan tsunami bir sıra ölkəyə təsir etmiş. ABŞ və İsrail bölgəyə yardım göndərən ölkələrin arasında idi. Hindistan əvvəl bəyan edib ki, onlara xarici yardım lazım deyil və bəzilərin fikrincə bu xüsusi olaraq ABŞ-a qarşı bir addım idi. Bundan başqa, İsrail xilasediciləri Taylanda və Şri Lankaya yerli müsəlman əhaliyə yardım göstərmək üçün çatanda onlara deyilib ki, yardımları arzuolunmazdı və onlar İsrailə qayıdıblar.[20]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  2. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  3. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  4. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  5. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  6. "Arxivlənmiş surət". 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  7. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  8. "Arxivlənmiş surət". 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  9. "Arxivlənmiş surət". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  10. "Arxivlənmiş surət". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.
  11. "Turkey and Greece revive earthquake diplomacy". Deutsche Welle. 7 February 2023. 7 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  12. Kokkinidis, Tasos. "Greece Offers Assistance to Turkey after Deadly Earthquake". GreekReporter.com (ingilis). 2020-10-30. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-06.
  13. 1 2 "Arxivlənmiş surət". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  14. "Σεισμός στην Τουρκία - γερμανικά ΜΜΕ: «Ο Μητσοτάκης αντέδρασε πρώτος»" [Earthquake in Turkey - German media: "Mitsotakis reacted first"]. ProtoThema (Greek). 8 February 2023. 11 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  15. "Greece Was The First Country To Offer Aid To Turkey". Greek City Times (Greek). 8 February 2023. 10 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  16. "Greece Among the First Nations to Help Turkey after Massive Earthquake". Greek Reporter (Greek). 6 February 2023. 6 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  17. "Η Ελλάδα προσφέρθηκε πρώτη και ήδη παράσχει βοήθεια στην Τουρκία για τα θύματα των σεισμών" [Greece was the first to offer and is already providing aid to Turkey for the victims of the earthquakes]. Ministry of Foreign Affairs of Greece (Greek). 7 February 2023. 10 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  18. "Arxivlənmiş surət". 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.
  19. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  20. "Arxivlənmiş surət". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024