Fəlsəfə və texnologiya Haqqinda Melumat - Vikipedia

Fəlsəfə və texnologiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fəlsəfə və texnologiya

Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir. Texnologiyanı Ehtiva edən Sual (Die Frage nach der Technik) adlı əsərində "çərçivələmə" adını verdiyi funksiyadan danışır. Buna görə, texnologiya həyatı əhatə edər və onu immun hala salar. Onun varlığı və olmaması həyati dərəcədə təhlükəli və faydalıdır. Neo-ludizm və anarko primitivizmi kimi cərəyanlar texnologiyanı qınayır. O, insanları ətraf mühitdən ayırır və təbiəti məhv edir. Bu cərəyanlar sadə həyatı tövsiyə edir, təbiəti təbiəti məhv edən texnologiyanı istifadə etməməyə çağırırlar. Transhumanizm və texnologiya inkişafı, texnologiyanın cəmiyyət üçün faydalı olduğunu iddia edir.


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023