Fərda Amin Haqqinda Melumat - Vikipedia

Fərda Amin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ssenarist, aparıcı, rejissor və şoumen.

Fərda Amin
Fərda Akif oğlu Xudaverdiyev
Digər adı Fərda Amin
Doğum tarixi 12 avqust 1979(1979-08-12) (44 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti Aktyor, rejissor, aparıcı, ssenari müəllifi
Fəaliyyət illəri 2003–h.h.
Təhsili
IMDb ID2928952

Həyatı redaktə

Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir[1]. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır. Bu veriliş də qısa müddət davam edir. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görür. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkilir. 2014-cü ildən "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey ata",[2] "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini yazmışdır.

Aktyor 2010-cu ildə Günel adlı xanımla ailə həyatı qurub. Fərda 4 oğul atasıdır.

Aparıcılıq redaktə

Filmoqrafiya redaktə

  1. İz (film, 2002)
  2. Toy (film, 2005)
  3. İnterpapa (film, 2006)
  4. Niyə? (film, 2010)
  5. Niyə? 2 (film, 2017)
  6. Vərdiş (film, 2006)
  7. Ögey ata (film, 2013)
  8. Xoxan (film, 2014)
  9. Gecə qonağı (film, 2015)
  10. Oğlan evi
  11. Bakı, Mən Səni Sevirəm (2015)
  12. Naxox (film, 2016)
  13. Selfinaz Stand Up (tamaşa, 2015)
  14. Selfinaz Stand Up 2 (tamaşa, 2017)
  15. Qardaşlar (teleserial, 2015)
  16. Qız qaçırtma (film, 2017)
  17. Pray for Zahra (2017)
  18. Aşka gəldik (2015 Türkiyə)
  19. Yanlış Anlama (2017 Türkiyə)
  20. Niyə? (teleserial, 2018)
  21. Qardaşlar (teleserial 2016–2017)
  22. Bacanaqlar (teleserial 2018)
  23. Ağ tük (2018)
  24. Qızqaçırtma 2 (2018)
  25. Toydan sonra nağara (2018)
  26. Niyə? 3 (2019)
  27. Tək çənə Stand Up
  28. Komedixana (2020)
  29. 5betər (2021)
  30. Eltilər (2022–2023)
  31. Zarafatyana (2023)

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2016-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-16.
  2. "Ögey Ata". 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2024.

Xarici keçidlər redaktə


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024