Fərid Alimov Haqqinda Melumat - Vikipedia

Fərid Alimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fərid Alimov

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid

Fərid Elçin oğlu Alimov (11 oktyabr 1993, Güləzi, Quba rayonu16 may 2021, Gendərə, Yardımlı rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid.

Fərid Alimov
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1993(1993-10-11)
Doğum yeri
Vəfat tarixi 16 may 2021(2021-05-16) (27 yaşında)
Vəfat yeri Göytəpə, Cəlilabad rayonu
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2011-2013 / 2015-2021
Rütbəsi Kiçik gizir
Təltifləri "Vətən uğrunda" medalı — 2022

Həyatı redaktə

Fərid Elçin oğlu Alimov 11 oktyabr 1993-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olub. 2000-2011-ci illərdə Güləzi kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi. İlahə adlı qız övladı yadigar qaldı.

Hərbi xidməti redaktə

2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 1 aprel 2013-cü ildə isə xidməti bitirib. Uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 15 iyul 2015-ci ildən "Göytəpə" sərhəd dəstəsində işləməyə başlayıb.

Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. 16 may 2021-ci ildə şəhidin nəşi doğulduğu Güləzi kəndinə gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri və hərbçilər iştirak edib.[1]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb". Azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi) (az.)). 16.05.2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.05.2021.
  2. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 17.08.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.08.2022.

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024