FK Qarabağ Vyana Haqqinda Melumat - Vikipedia

FK Qarabağ Vyana Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mauerverk FK

(FK Qarabağ Vyana səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqalə Vyana şəhərini təmsil edən FK Qarabağ haqqındadır. Digər mənalar üçün Qarabağ FK (dəqiqləşdirmə) səhifəsinə baxın.

FK Qarabağ Vyana (alm. Fußballclub Karabakh Wien‎) — paytaxt Vyananı təmsil edən Avstriya Futbol Federasiyası klubu. Hazırda Avstriya Stadt Ligada mübarizə aparır. Klub ev oyunlarında rəqiblərini 7.828 nəfərlik Wiener Sportclub-Platz arenasında qəbul edir. 29 iyun 2018-ci ildə klubun birinci liqaya vəsiqə qazana bilmədikdən sonra sahibi misirli Mustafa Elnimr olduğu açıqlandı. Komanda "Mauerwerk" adını almağa başladı.

FK Qarabağ Vyana
Klubun tam adı Futbol Klubu Qarabağ
Ölkə
Yaranma tarixi 22 sentyabr, 2014
Stadionu Wiener Sportclub-Platz
Tutumu 7,828
Sahibi Azərbaycan Orxan Vəliyev
Prezidenti Azərbaycan Orxan Vəliyev
Menecer Azərbaycan Ramin Şükürov
Baş məşqçisi Türkiyə Volkan Kahraman
Liqa Avstriya Stadt Ligada
Rəsmi saytı

Tarixi redaktə

Qarabağ Vyana futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, Oberliga A da mübarizə aparmaq üçün lisenziya əldə etmişdir. Oberliga rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdır.

2014-2015 mövsümü redaktə

2014-2015-ci il mövsümündə Oberliga A-da FK Qarabağ Vyana keçirdiyi 26 oyundan 17 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirmişdir. Klub eyni sezonda parallel olaraq Vyana kubokunda iştirak etmiş və 5 mərhələ ard-arda qələbə qazanmışdır. Yeni qurulan bir klub üçün əldə olunmuş nəticə yerli ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

 
Klub "Qarabağ Vyana" adı daşıyarkən sahib olduğu emblemi

2015-2016 mövsümü redaktə

FK Qarabağ Vyana 2015-2016 ci il mövsümünə isə bir liga daha yüksək olan 2 Landesliga-dan başlamışdır. 2 Landesliga Vyana Futbol Federasiyasının rəsmi olaraq 2-ci liqası, Avstriya Futbol Federasiyasının isә 5-ci liqası hesab olunur. İdarə heyəti tərəfindən əsas komanda qarşısında bu liqada ilk dəfə çıxış etməsinə baxmayaraq, əsas məqsəd kimi sadəcə çempionluq qoyulmuşdur. Belə ki, FK Qarabağ Vyana 2 Landesligada 30 görüş keçirdərək, 21 qalibiyyət, 4 bərabərlik və 5 məğlubiyyət nəticəsində 67 xal toplamış və 16 komandanın mübarizə apardığı liqada ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempion olmuşdur.[1]

Eyni sezonda klub Vyana Kubokunda da parallel iştirak edərək, böyük uğur əldə etmişdir. Vyana Futbol Federasiyasının 289 klubunun iştirak etdiyi Vyana kubokunda klubumuz finala qədər yüksəlmiş və Avstriya milli futbol komandasının ev oyunlarını keçirtdiyi Ernst-Happel Stadionunda digər finalist SV Gersthof üzərində 2-0 inamlı qələbə qazanaraq, çempion olmuşdur. FK Qarabağ Vyana 2 Landesliga tarixinə ilk dəfə eyni sezon liqanı və şəhər kubokunu qazanan klub olaraq keçmişdir.

Kluba sezonun 3-cü çempionluğunu isə C liqasında mübarizə aparan U 18 komandası gətirmişdir. Beləliklə, 2015-2016-cı illərdə FK Qarabağ Vyana aktivinə 3 çempionluq yazdıraraq, tarixi bir sezon keçirtmişdir.

2016-2017 mövsümü redaktə

2016-2017-ci il sezonunda FK Qarabağ Vyana ən yüksək şəhər liqasında mübarizəyə start verəcəkdir. Bu sezon klubun mübarizə aparacağı Stadtliga Vyana Futbol Federasiyasının 1-ci liqası , Avstriya Futbol Federasiyasının isə 4-cü liqasıdır. Sezona ciddi hazırlaşan klub, ilk olaraq 2016-cı il 19 avqust tarixində səfər oyununa çıxacaqdır. Stadtligada ümumilikdə 16 klub arasında 30 görüş keçirəcək olan FK Qarabağ Vyana yerli ekspertlər tərəfindən çempionluq tituluna əsas namizəd kimi göstərilir.

2016-2017- ci il sezonunda FK Qarabağ Vyana ilk dəfə olaraq Vyana əyalət çempionu kimi, Avstriya kubokunda iştirak hüququ qazanmış[2]2016-cı il 8 iyul tarixində Avstriyanın ən tanınmış klubu olan Rapid Vyana FK klubu ilə qarşılaşmışdır. İki klub arasında istər tarixi, istər büdcə, istərsə də güc nisbətinə baxmayaraq, FK Qarabağ Vyana yerli ictimaiyyəti təəccübləndirəcək dərəcədə yüksək mübarizə aparmış və 1-3 hesabı ilə Rapid Vyana FK qarşısında məğlub olmuşdur.[3]

Gənclər məktəbi redaktə

“Qarabağ Vyana” futbol məktəbi U-7, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-16 və U-18 fərqli yaş qruplarından ibarət olmaqla, 9 uşaq-gənclər komandasına sahibdir. Paralel olaraq, uşaqların kiçik yaşlardan etibarən tam potensialını üzə çıxarmaq və doğru inkişaf etmələri üçün futbol məktəbində fitnes, mental və texnika üzrə tədris bazası təcrübəli məşqçilərin iştirakı ilə səmərəli və planlı şəkildə qurulmuşdur. Klubun uşaq-gənclər idman məktəbi 20 fərqli millətdən olan 200 kiçik yaşlı və gənc futbolçudan, 25 nəfərlik məqşçi heyətindən və 5 əlavə texniki işçidən ibarətdir. “Qarabağ Vyana” futbol klubu multikultural uşaq-gənclər idman məktəbi heyəti ilə Vyana futbolunda seçilən müsbət xüsusiyyətə malikdir.

Mütəxəssislərin rəyi redaktə

Almaniya və Avstriya futbol liqalarının mütəxəssis saytı fanreport.com internet portalı tərəfindən Karabakh Vyana futbol klubu son 1 ildə göstərdiyi uğura görə Vyana Əyalətinin ən yaxşı 100 klubu arasında ilk 5-də qərarlaşmışdır.

Uğurlar redaktə

Avstriya 2. Landesliga

  • Çempionluq : 2015/2016 2 Landesliga,
  • 2015/2016 Vyana Kuboku

Hazırkı Heyət redaktə

Əsas Heyət redaktə

3 İyul 2016-ya olan heyət. [4]

Nömrə Ölkə Mövqeyi Futbolçu
Avstriya  GK Michael Harrauer
Türkiyə  GK Kemal Yarar
Serbiya  GK Nemanja Marković
Türkiyə  DF Mustafa Erdoğan
Türkiyə  DF Selçuk Kılıç
Avstriya  DF Sasa Sormaz
Avstriya  DF Aykut Tekinsoy
Türkiyə  DF Kerim Gündemir
Avstriya  DF Burak Aksoy
Bosniya və Herseqovina  DF Aleksandar Ivanović
Avstriya  DF Christian Thonhofer
Türkiyə  MF Emre Kara
Avstriya  MF Tolgahan Medet
Avstriya  MF Ali Cetiner
Nömrə Ölkə Mövqeyi Futbolçu
Türkiyə  MF Ersan Gültekin
Serbiya  MF Marko Stevanović
Avstriya  MF Milan Sapardić
Avstriya  MF Erkut Tekinsoy
Serbiya  MF Nemanja Stojanović
Türkiyə  MF Muhammed Keskin
Almaniya  MF Markus Aigner
Polşa  MF Bartlomiej Dolubizna
Avstriya  MF Deniz Saritas
Avstriya  FW Manuel Tichy
Avstriya  FW Kenan Çolakoğlu
Türkiyə  FW Erdal Kara
Avstriya  FW Edip San
Avstriya  FW Ercan Kara

Əvəzedici heyət redaktə

Nömrə Ölkə Mövqeyi Futbolçu
Avstriya  DF Kamran Afzali
Avstriya  DF Ahmed Mostafa
Avstriya  MF Oliver Ifkovits
Nömrə Ölkə Mövqeyi Futbolçu
Türkiyə  MF Volkan Atak
Əfqanıstan  MF Ziajan Sharifi

İdarə heyəti redaktə

Klub idarə heyətində 4 azərbaycanlı, 1 avstriyalı və 1 türk təsisçi var.

  • Klubun ideya müəllifi və təsisçisi Orxan Vəliyevdir. Vyana İqtisadiyyat Universitetinin məzunudur.Gənc iş adamıdır.
  • Ramin Şükürov klubun baş meneceridir. Vyana Universitetinin hüquq fakultəsinin məzunudur. Gənc hüquqşünasdır. Klubun təsisçilərindən biridir.
  • Ülvi Rzayev klubun vitse-prezidentidir.Vyana İqtisadiyyat Universitetinin məzunudur. Gənc iş adamıdır. Klubun təsisçilərindən biridir.
  • Sanan Ahmadov klubun maliyyə şöbəsinin rəhbəridir. Vyana Universitetinin tələbəsidir. Klubun təsisçilərindən biridir.
  • Kamuran Kuş klubun idarə heyətinin üzvüdür. Vyana Universitetinin məzunudur. Gənc iş adamıdır. Turkiyə vətəndaşıdır. Klubun təsisçilərindən biridir.
  • Manfred Modli klubun vitse prezidentidir. Avstriya vətəndaşıdır. Avstriya Avarçəkmə Federasiyasının prezidentidir. Vyana ictimaiyyətində tanınan şəxslərdən biridir.

Məşqçi tarixi redaktə

3 İyul 2016-ya olan məlumat. [5]

  • İlija Sormaz (2014-2015)
  • Hans Slunecko (2015-2016)
  • Volkan Kahraman (2016-indiyə qədər)

İstinadlar redaktə

  1. "Karabakh Wien kauft sich in höhere Liga" (Almanca). Sportnet. 2016-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Sentyabr 2016.
  2. "Wiener Toto Cup Sieger 2015-16 Karabakh Wien" (Almanca). Karabakh Wien. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Sentyabr 2016.
  3. "Das ist Rapid Wiens ÖFB-Cup-Gegner" (Almanca). Sportnet. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Sentyabr 2016.
  4. "Karabakh Wien rəsmi heyəti". İstifadə tarixi: 3 İyul 2016.[ölü keçid]
  5. "Karabakh Wien məşqçi tarixi". worldfootball.net/. 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 İyul 2016.

Xarici keçidlər redaktə


Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024