Faiz Haqqinda Melumat - Vikipedia

Faiz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Faizədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı.

Müəyyənləşməsi redaktə

  • Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır.
  • Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır.
  • Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır.
  • Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar:

0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.

  • Faizi onluq kəsrlə və ya ədədlə ifadə etmək üçün onu 100-ə bölmək lazımdır. Məsələn:

5% — 5: 100 = 0,05;

2,7–2,7: 100 = 0,027;

6700–6700: 100 = 67


Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023