Fariz Qəhrəmanov Haqqinda Melumat - Vikipedia

Fariz Qəhrəmanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fariz Qəhrəmanov

Fariz QəhrəmanovAzərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Fariz Qəhrəmanov
Fariz Çoban oğlu Qəhrəmanov
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1974(1974-03-29) (50 yaş)
Doğum yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1992-İndiyə kimi
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı
"Qızıl Ulduz" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.

Döyüşlərdə iştirakı redaktə

"N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.

1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.

1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.

1995–1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.

Hazırda zabitdir.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat redaktə

İstinadlar redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024