Faydalılıq Haqqinda Melumat - Vikipedia

Faydalılıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Faydalılıq (ing. utility) — bu və ya digər məhsul və ya xidmətdən istifadə zamanı və ya hər hansı bir fəaliyyət növünün həyata keçirilməsi nəticəsinə fərdlərin (individual şəxslərin) əldə etdiyi məmnuniyyətin ölçü dərəcəsidir.

Mahiyyəti redaktə

Faydalılığın ödənilməsi səviyyəsi istehlak olunan maddi nemətlərin həcmi ilə birbaşa əlaqəlidir. Yəni, faydalılıq istehlak olunan əmtəə miqdarı ilə düz mütənasibdir, əmtəə və ya xidmətin miqdarı artıqca faydalılıq artar, azaldıqca azalar.

İstehlakçı tərəfindən istehlak olunan əmtəənin miqdarı ilə bundan əldə etdiyi faydalılıq arasındakı əlaqəni əks etdirən funkisiya Faydalılıq funksiyası adlanır:

 

Burada U - əldə edilmiş ümumi faydalılığı, xi - i əmtəəsinin istehlak edilmiş miqdarının faydalılıq funksiyasını əks etdirir.

“Faydalılıq” (utility) anlayışı iqtisadiyyat elminə ingilis filosofu Ceremi Bentam (1748–1832) tərəfindən daxil edilib. Bu gün bazar iqtisadiyyatı haqqında bütün elm demək olar ki, iki əsas nəzəriyyəyə söykənir: faydalılıq və dəyər. Faydalılıq kateqoriyası vasitəsi ilə tələb qanunun təsiri ilə izah olunur, yəni nəyə görə məhsulun qiymətinin qalxması nəticəsində tələb həcmi azalır və əksinə.

Qeyd etmək lazımdır ki, faydalılıq subyektiv anlayışdır. Bir insan üçün faydalı və xoş ola biləcək əşya digərinə faydasız ola və xoş gəlməyə bilər.

Növləri redaktə

Faydalılıq əsasən iki növə ayrılır: ümumi və marjinal.

Ümumi faydalılıq (total utility) – müəyyən zaman kəsiyində istehlakçının hər hansı bir əmtəənin istehlakından əldə etdiyi razılığın ümumi ölçüsüdür.

Son hədd və ya marjinal faydalılıq (marginal utility) — əlavə olaraq bir məhsul istehlak edildiyi zaman istehlakçının əldə etdiyi əlavə faydalılıqdır. Marjinal faydalılıqda faydalılıq azalan tempdə artır. Məsələn, 1 qələmin yazı yazmaq üçün faydalılığı 100U (U-utility)-dursa, 2 qələminki - 90U, 3 qələminki 60 U... nəhayət 100 qələminki 0,1U olacaqdır.

Marjinal faydalılığın tərifinin əsasında “ölən marjinal faydalılıq” qanununu formalaşdırmaq olar:

İstehlak olunan məhsulun miqdarını artırdıqda onun marjinal faydalılığı azalma tendensiyası nümayiş etdirir.

Bu qanunu adətən 1854-cü ildə ilk dəfə ölən marjinal faydalılıq ideyasını müəyyən etmiş alman iqtisadçı German Qossenin şərəfinə Qossenin birinci qanunu adlandırırlar.

Nəzəriyyələr redaktə

Faydalılıq haqqında 2 əsas nəzəiyyə mövcuddur:

  • Miqdar və ya kardinalist nəzəriyyə
  • Sıralama və ya ordinalist nəzəriyyə

Miqdar nəzəriyyəsi tərəfdarları faydalılığın kəmiyyətlə, rəqəmlərlə ölçülə bildiyini iddia edirlər. Burada ölçü vahidi kimi U (utility) götürülür. Bu nəzəriyyənin xüsusiyyətləri aşağıdakılardır:

  • Faydanı ölçmək mümkündür;
  • Hər bir kəs bir məhsuldan eyni miqdarda istehlak etdiyi zaman bərabər fayda əldə edir;
  • Fayda - obyektiv anlayışdır və subyektlərə görə fərqlənmir;
  • Məhsulların faydaları bir-birindən asılı deyil.

Sıralama nəzəriyyəsi miqdar nəzəriyyəsindən fərqli olaraq, faydalılığın kəmiyyətlə yox, sıralanma yolu olu müəyyənləşdirilməsi tərəfdarıdırlar:

  • Faydanı ölçmək mümkün deyil, yalnız sıralana bilər;
  • Hər bir kəs bir məhsuldan eyni miqdarda istehlak etdiyi zaman əldə etdiyi fayda fərqlidir;
  • Fayda - subyektiv anlayışdır və subyektlərə görə fərqlənmir;
  • Məhsulların faydaları bir-birinə təsir göstərir.

Ədəbiyyat redaktə

  • Haxverdiyev Ə., Həsənov V. İqtisad. NR Academy. səh 47.
  • Полезность / Д. В. Мельник // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
  • Нейман Дж., Моргенштерн О. Теория игр и экономическое поведение = Theory of Games and Economic Behavior. — М.: Наука, 1970.
  • Фишберн П.ruen Теория полезности для принятия решений = Utility Theory for Decision Making. — М.: Наука, 1978. — 352 с. — (Экономико-математическая библиотека).
  • Nash, John F. "The Bargaining Problem". Econometrica. 18 (2). 1950: 155–162. JSTOR 1907266.
  • Anand, Paul. Foundations of Rational Choice Under Risk. Oxford: Oxford University Press. 1993. ISBN 0-19-823303-5.
  • Kreps, David M. Notes on the Theory of Choice. Boulder, CO: Westview Press. 1988. ISBN 0-8133-7553-3.
  • Plous, S. The Psychology of Judgement and Decision Making. New York: McGraw-Hill. 1993. ISBN 0-07-050477-6.
  • Georgescu-Roegen, Nicholas. "The Pure Theory of Consumer's Behavior". Quarterly Journal of Economics. 50 (4). 1936: 545–593. JSTOR 1891094.
  • Gilboa, Itzhak. Theory of Decision under Uncertainty. Cambridge: Cambridge University Press. 2009. ISBN 978-0-521-74123-1.

Xarici keçidlər redaktə


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023