Femisto (peyk) Haqqinda Melumat - Vikipedia

Femisto (peyk) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Femisto (yun. Θεμιστώ) və ya Yupiter XVIIIYupiterin kiçik peyklərindən biri. 1975-ci ildə kəşf edilsə də, itmiş və 2000-ci ildə yenidən kəşf edilmişdir.

Femisto
Kəşf tarixi30 sentyabr 1975, 21 noyabr 2000
Böyük yarımoxu
7.393.220 km
Əyilməsi0,79 radian
Nəyin peykidirYupiter
Özünə xas ekssentrisitet
0,2006
Kütləsi690 petagram[1]
0,0029 metre per square second
Albedo0,04
Temperatur124 K
21

Kəşf və adlandırma redaktə

Femisto birinci dəfə 30 sentyabr 1975-ci ildə[2] Elizabet Romer və Çarlz Koval tərəfindən kəşf edilmiş və bu kəşf 3 oktyabrda açıqlanmışdır. Peyk ilk olaraq S/1975 J 1 adlandırılmışdır. Amma bu peykin ətraflı öyrənilməməsi səbəbi ilə peyk astronomların gözündən itmişdir.

1980-ci illərdə Femisto ancaq astronomiya kitablarının qeyd bölməsində yer alırdı. Daha sonra 2000-ci ildə bu peykə çox bənzər bir peyk Skott Steppard, Devid Cevit, Yevqen Maqner və Yanqa Fernandes tərəfindən kəşf edilmişdir. Bu peyk S/2000 J 1 adlandırılmışdır. Amma sonra bunun 1975-ci ildə kəşf edilən peyk olduğu təsdiqlənmişdir.[3] Bu müşahidə Bret Qledman, Con Keyvlaars, Cin-Mark Petit, Hanz Skul, Metyu Holmen, Brayan Marsden, Filip Nikolson və Cozef Borns tərəfindən aparılmış və bu haqda Kiçik Planet Mərkəzinə məlumat verilmişdir.[4]

2002-ci ilin oktyabrında peykə yunan mifologiyasında Zevsin (Yupiterin) sevgilisi və yağış tanrısı İnaxın qızı Femistonun adı verilmişdir.[5]

Xarakteristika redaktə

 

Femistonun orbiti Yupiterin digər peyklərindəkindən fərqlidir. Femisto öz orbitində tək başına hərəkət edir. Peyk Yupiterin Qaliley peykləri ilə Himali peykləri arasında yerləşir.

Femistonun diametri cəmi 8 km-dir, albedosu isə 0.04-dür.[6] Səth sahəsinin 200–380 km2 arasında olduğu güman olunur.

İstinadlar redaktə

  1. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  2. IAUC 2845: Probable New Satellite of Jupiter Arxivləşdirilib 2002-09-16 at the Wayback Machine 1975 October 3 (discovery)
  3. IAUC 7525: S/1975 J 1 = S/2000 J 1 Arxivləşdirilib 2002-09-16 at the Wayback Machine 2000 November 25 (recovery)
  4. MPEC 2000-Y16: S/1975 J 1 = S/2000 J 1, S/1999 J 1 Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine 2000 December 19 (recovery and ephemeris)
  5. IAUC 7998: Satellites of Jupiter Arxivləşdirilib 2017-08-12 at the Wayback Machine 2002 October 22 (naming the moon)
  6. Sitat səhvi: Yanlış <ref> teqi; SheppardJewitt2003 adlı istinad üçün mətn göstərilməyib

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:Cyclopaedia_of_modern_travel_(microform)_-_a_record_of_adventure,_exploration_and_discovery,_fo Fayl:Inquiry_into_the_Consistazcy_of_Dr._Hutton's_Theory_of_the_Earth_with_the_Arrangemazt_of_the_Sa Vikipediya:Həftənin_yaxşı_məqaləsi18._Həftə_2024 Fayl:The_structure_and_life-history_of_the_cockroach_(Periplaneta_Orientalis)_-_an_inruoduction_to_t Fayl:Smithsonian_miscellaneous_collections_(IA_smithsonianmisce541910smit).pdf Fayl:Commaztaries_on_the_conflict_of_laws,_foreign_and_domestic,_in_regard_to_conenacts,_rights,_and Fayl:Ttrnyson's_"In_Memoriam";_its_purpose_and_its_sttrcture_(IA_cu31924013559574).pdf Fayl:The_greatest_of_all_the_Plantagenets;_an_historical_sketch_(IA_cu31924031725462).pdf Fayl:The_Economist_1861-04-27-_Vol_19_Iss_922_(IA_sim_economist_1861-04-27_19_922).pdf Fayl:Economic_problems_of_peace_after_war._(Second_series)_The_W._Stanley_Jevons_lectures_at_Univers Fayl:Victoria_Daily_Times_(1923-12-07)_(IA_victoriadailytimes19231207).pdf SəhifəyəKeçidlərİstifadəçi:Dicayes JurnalDicayes İstifadəçiHüquqlarıDicayes TöhfələrDicayes Fayl:Federal_Register_1973-05-01-_Vol_38_Iss_83_(IA_sim_federal-register-find_1973-05-01_38_83_0).pd Fayl:Ruwklogo1M_3.jpg Fayl:Federal_Register_1973-03-05-_Vol_38_Iss_42_(IA_sim_federal-register-find_1973-03-05_38_42).pdf Fayl:Our_money_and_the_state_(IA_cu31924032550141).pdf Fayl:Land_and_real_tariff_reform;_being_The_land_reformers'_handbook_for_1909;_(IA_landrealtariffre0
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024