Feyzulla Quliyev Haqqinda Melumat - Vikipedia

Feyzulla Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Feyzulla Ağasəfər oğlu Quliyev (2 fevral 1940, Arbatan (Salyan), Salyan rayonu7 avqust 2023[1]) — Azərbaycan Respublikasının əməkdar memarı.[mənbə göstərin]

Feyzulla Quliyev
Doğum tarixi 2 fevral 1940(1940-02-02)
Doğum yeri
Vəfat tarixi 7 avqust 2023(2023-08-07)[1] (83 yaşında)
Fəaliyyəti memar

Həyatı redaktə

Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsini bitirmişdir.

Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur.

Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir.

Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.

Ailəsi redaktə

Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.

İstinadlar redaktə


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024